Hərbçinin ailəsinə faciə: sərxoş sürücü vəzifəli şəxs çıxdı

Bakıda sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə yol hərəkəti və nəqliyyat vasitəsinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Şamxal Bayramovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Şəlalə Həsənovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 7 ay 23 günü müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 31 mart 2025-ci il tarixdə, saat 22:38-də Bakı şəhəri, Xətai rayonu ərazisində qeydə alınıb.
Belə ki, Şamxal Bayramov BMW markalı avtomobillə Məhəmməd Hadi küçəsi ilə “Ukrayna” dairəsi istiqamətində 60-70 km/saat sürətlə sərxoş vəziyyətdə idarə edərkən yolu sağdan sola keçən piyada, zərərçəkmiş Bahar Qurbanovanı (soyadı şərtidir) vuraraq öldürüb.
Hadisədən sonra Şamxal Bayramov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Qeyd edək ki, Şamxal Bayramov İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nizami rayon Sukanal İdarəsində qanunsuz istifadə və debitor borclarla iş qrupunun mühəndisi, qrup rəhbəri vəzifəsində işləyir.
Mərhum Bahar Qurbanovanın həyat yoldaşı keçmiş hərbçi, I və II Qarabağ müharibəsinin iştirakçısı olub.
Xatırladaq ki, Şamxal Bayramovun qəza törətdiyi BMW markalı avtomobil isə ASC-lərdən birinin mülkiyyətində olub. O, həmin nəqliyyat vasitəsini "xxxx" ASC-nin mülkiyyətindəki 15 aprel 2025-ci il tarixədək qüvvədə olan etibarnamə ilə «BMW» markalı, «328İ» modelində olan **-YD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə idarə edirmiş. (Pravda.az)
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












