Həyat yoldaşı və körpəsini qətlə yetirən Fərid Hüseynlinin işi yenidən Ali Məhkəmədə

Həyat yoldaşını və səkkiz aylıq övladını qətlə yetirməkdə ittiham olunan Fərid Hüseynli haqqında çıxarılmış hökmdən təkrar kassasiya şikayəti daxil olub.
Avtosfer.az Pravda.az-a istinadla xəbər verir ki, sözügedən şikayət hazırda Ali Məhkəmədə hakim Vidadi Cəfərovun sədrliyi altında araşdırılmaqdadır.
Xatırladaq ki, qanlı hadisə 2023-cü ilin iyun ayında Abşeron rayonu, Qobu qəsəbəsi ərazisində baş verib.
Məlumata görə, 1993-cü il təvəllüdlü Fərid Firdovsi oğlu Hüseynli 2003-cü ildə anadan olmuş həyat yoldaşı Leyla Əlişan qızı İbadovanı və səkkiz aylıq körpəsini kəsici-deşici alətlərlə qətlə yetirməkdə günahlandırılır. Cinayəti törətdikdən sonra o, özünə də xəsarət yetirərək xəstəxanaya yerləşdirilib.
Təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri üzrə ittiham elan edilib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmə əsasən, Fərid Hüseynli ömürlük həbs cəzasına məhkum olunub. Sumqayıt Apellyasiya Məhkəməsi isə bu qərarı qüvvədə saxlayıb və şikayəti təmin etməyib. Daha əvvəl kassasiya instansiyasında işə baxılarkən F.Hüseynli Ali Məhkəməyə ərizə təqdim edərək, vəkili tərəfindən verilən kassasiya şikayətindən imtina etdiyini bildirmişdi.
Mərhum L.Hüseynli Bakı Dövlət Universitetinin Biologiya fakültəsində III kursda təhsil alırdı.
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO











