Həyat yoldaşının telefonuna gələn zəngə görə dostunu bıçaqladı

Şəki Ağır Cinayətlər Məhkəməsində tanışını bıçaqlamaqda təqsirləndirilən 1996-cı il təvəllüdlü Amil Bədəlovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə A.Bədəlov 3 il azadlıqdan məhrum edilib. Məhkəmə A.Bədəlova Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək onun cəzasını şərti hesab edib.
İttihama görə, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, A.Bədəlov 2020-ci ildə Vətən müharibəsinə gedərkən mobil telefonunu həyat yoldaşına verib. Müharibədən qayıdandan sonra o özünə yeni mobil telefon nömrəsi alıb və əvvəlki nömrəsi həyat yoldaşının istifadəsində qalıb. Bu il yanvarın 6-da 1994-cü il təvəllüdlü Fariz Ağabala oğlu Bəyalıyev rayon ərazisində tanışı ilə yeyib-içəndən sonra Amilə görüntülü zəng vuraraq, onu yeyib-içmək məclisinə dəvət etmək istəyib. Lakin Amil telefonu açmayıb. Fariz Amilin digər nömrəsinə zəng vurub və həmin nömrə də Amilin həyat yoldaşının istifadəsində olub. Telefonu Amil açıb və Fariz onu yeyib-içmək məclisinə dəvət edib. Vətən müharibəsində psixoloji gərginlik keçirən Amil həmin nömrənin əvvəllər özünün işlətdiyini xatırlamadığından Farizlə bu barədə söhbət etmək üçün onunla görüşə gedib. Amil evdən özü ilə bıçaq götürərək Farizin dediyi yerə gəlib. O, Farizlə görüşüb və niyə həyat yoldaşına zəng vurduğunu soruşub. Fariz isə telefonunda həmin nömrəyə Amilin adını yazdığını göstərib. Lakin Amil bununla razılaşmayıb və özü ilə gətirdiyi bıçaqla Farizə ürək nahiyəsindən zərbə endirib. O, hadisəni törətdikdən sonra polisə məlumat verib. Polis əməkdaşları hadisə yerinə gələrək, Amil Bədəlovu saxlayıblar.
Xatırladaq ki, A.Bədəlov Vətən müharibəsində iştirakına görə, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü", "Vətən müharibəsi iştirakçısı"və "hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medallarla təltif edilib.
Abortdan sonra vəfat edən 24 yaşlı qadının ölümü ilə bağlı YENİ DETALLAR - FOTO
Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO
Avtomobilini qarajda saxlayanlara XƏBƏRDARLIQ; yana bilər
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO
DTX xüsusi əməliyyat keçirdi - Namiq Ağalarov Azərbaycana gətirildi
Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - VİDEO
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO
Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə - VİDEO
Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO










