Hibrid maşınlar burada elektrik doldururmuş - Heydər Mirzə

“Faciə çox sürətlə baş verdi. Qonşular hadisəni bilib aşağı düşürdülər. Həmin anda nə baş verdiyini bilmədik, düşündük ki, alov ətrafı bürüyəcək”.
Avtosfer.az xəbər verir ki, bunu “Trend”ə dünən axşam saatlarında Yasamal rayonu, Mirəli Seyidov küçəsində yanğın baş verən çoxmərtəbəli yaşayış binasının sakini, jurnalist Heydər Mirzə deyib.
O qeyd edib ki, evi binanın 12-ci mərtəbəsində yerləşir: “Hadisə baş verəndə 5-ci mərtəbəyədək özümüz düşdük, daha sonra tüstüdən heç yeri görə bilmədik. Sonra geriyə - yuxarı qayıtdıq”.
Sakinin sözlərinə görə, tüstüdən qorunmaq üçün evin qapısını yaş dəsmallarla izolyasiya ediblər: “Yanğının mənbəyi restoran olub. 2010-cu ildən binada yaşayıram. “Loft” restoranı 2 il öncə burada açılıb. Restoran sahibi binaya məxsus qarajın yarısını mənimsəyərək restoran və stomatoloji mərkəz təşkil edib. Yanğın təhlükəsindən əlavə, hər gün 5-ci mərtəbəyə qədər səs-küy, musiqi səsi gəlir”.
Heydər Mirzə vurğulayıb ki, bir ay öncə isə restoran hibrid maşınların elektrik doldurma dayanacağını quraşdıraraq generatoru zirzəmidə yerləşdirib: “Üç gün əvvəl binanın baş ustası yanıq qoxusu ilə bağlı restorana müraciət etdikdə adamı döyüblər”.
Qeyd edək ki, ötən gün baş verən yanğında 3 nəfər həyatını itirib. 27 nəfər tüstüdən zəhərlənmə diaqnozu ilə hospitalizasiya olunub. Hazırda 7 nəfərin müalicəsi davam etdirilir.
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












