Hindistanda helikopter qəzası: Göyərtədə olanlar hamısı həyatını itirdi - FOTO

Hindistanın qərbində, Puna şəhəri yaxınlığında Mumbaya gedən şəxsi helikopter qəzaya uğrayıb.
Avtosfer.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Hindistanın Mülki Aviasiya Baş İdarəsindən məlumat verilib.
"Heritage Aviation" şirkətinin VT-EVV qeydiyyat nömrəli "Agusta 109" helikopteri qəzaya uğrayıb. Helikopterdə iki pilot və bir texniki işçi olub. Sərnişin olmayıb", - deyə məlumatda bildirilib.
Qeyd edilib ki, helikopterdə olanların hamısı həyatını itirib.
Hadisə ilə bağlı araşdırma aparılır. İlkin ehtimallara görə, qəzanın səbəbi qatı duman ola bilər.
"Heritage Aviation" Hindistan dağlarında və ölkənin digər görməli yerlərində gəzinti uçuşları həyata keçirir. Şirkətin aviaparkında müxtəlif tipli beş helikopter var. Şirkətin xidmətlərindən tez-tez Bollivud ulduzları da istifadə edirlər.
(oxu.az)
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
















