Hörmüz boğazında daha bir gəmi mərmi ilə vurulub - YENİLƏNİB

Martın 11-də Tailand bayrağı altında üzən yük gəmisi Hörmüz boğazından keçməyə çalışarkən hücuma məruz qalıb və nəticədə üç ekipaj üzvü itkin düşüb.
Bu barədə Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, "Mayuree Naree Bangkok" gəmisi İran sahillərində olarkən arxa tərəfdən vurulub və alovlanıb.
Bildirilir ki, gəmidə 23 ekipaj üzvü olub və onlardan 20-si xilasetmə əməliyyatı ilə xilas edilib.
Həmçinin bəzi məlumatlarda "Mayuree Naree" gəmisinin Tailandda qeydiyyatdan keçdiyi və Hindistan istiqamətində üzdüyü bildirilir.
***12:48
Hörmüz boğazında daha bir ticarət gəmisi naməlum mərmi ilə vurulub.
Avtosfer.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) bəyanatında bildirilib.
Hazırda heyət təxliyə edilir.
***
Hörmüz boğazında yük gəmisi Rəs əl-Xeymədən (BƏƏ) şimal-qərbdə naməlum mərmi ilə vurulub.
Avtosfer.az-ın Britaniya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) bəyanatında deyilir.
Hadisə nəticəsində gəmi zədə alıb və yardım tələb edib. Bununla yanaşı, idarə bütün ekipajın təhlükəsizlikdə olduğunu dəqiqləşdirib.
"Zədələrin miqyası hazırda məlum deyil, araşdırma aparılır", - UKMTO-da qeyd ediilib.
Bu ərazidəki gəmilərə yüksək ehtiyatlılıq göstərmək və hər hansı şübhəli fəaliyyət barədə məlumat vermək tövsiyə olunub.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı















