İran Ben-Qurion hava limanına PUA-larla hücum edib

İran pilotsuz uçuş aparatları (PUA) vasitəsilə İsrailin Ben-Qurion hava limanındakı yanacaq çənlərinə və hərbi infrastruktura hücum edib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
"Bu gün İran ordusunun pilotsuz uçuş aparatları İsrailin hərbi infrastrukturuna, o cümlədən Ben-Qurion hava limanındakı yanacaq çənlərinə və yanacaqdoldurma təyyarələrinin yerləşdirildiyi yerlərə zərbələr endirib", - məlumatda qeyd olunub.
İddia edilir ki, hücumlar İsrailin hərbi aviasiyasının yanacaq təchizatını, Ben-Qurion hava limanının fəaliyyətini və uçuşları, həmçinin hərbi qüvvələrin yerdəyişməsini ciddi şəkildə pozub.
"Bu hal qoşunların daşınması üçün dəmir yollarından istifadəyə məcbur edib ki, bu da dinc vətəndaşların həyatını təhlükə altına qoya bilər", - məlumatda bildirilib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












