İranda azərbaycanlı mollaların müəmmalı ölümləri baş verir

Son 10 gün ərzində İranın Qum şəhərində təhsil alan iki azərbaycanlı ruhani tələbə vəfat edib.
Avtosfer.az "TodayPressTV"yə istinadən xəbər verir ki, iyunun 2-si Hacı Ramiz Mürüvvətov, ardınca isə iyunun 12-si Kərbəlayi İlqarın ölüm xəbəri yayılıb. Bu ardıcıl ölüm hadisələri bəzi sualları yenidən gündəmə gətirir.
Qum uzun illərdir regionun ən böyük dini təhsil mərkəzlərindən biri hesab olunur. Burada təhsil alan azərbaycanlı tələbələrin sayı da az deyil.
Qumda təhsil alan şəxslərin sonradan hansı ideoloji və siyasi mühitin təsiri altında formalaşması məsələsi zaman-zaman müzakirə mövzusu olub. Azərbaycanda dini təhsil müəssisələri fəaliyyət göstərdiyi halda bəzi gənclər niyə məhz xarici dini mərkəzlərə üz tutur? Və sonradan fərqli dini-siyasi baxışlarla ölkəyə qayıdır.
Söhbət təkcə iki insanın ölümündən deyil, həm də illərdir davam edən bir prosesdən gedir.
Bu hadisələr fonunda Qumda təhsil alan azərbaycanlıların vəziyyəti və gələcək fəaliyyət istiqamətləri ilə bağlı sualların cavabsız qalması da diqqət çəkir.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO












