İranda terror aktları planlaşdıran qrup zərərsizləşdirildi

İranın Fars əyalətində region ərazisində hücumlar hazırlamaqda şübhəli bilinən terror şəbəkəsinin fəaliyyətinin qarşısı alınıb. Avtosfer.az Bizim.Media-ya istinadən xəbər verir ki, bu barədə əyalətin Kəşfiyyat İdarəsi məlumat yayıb. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 15 nəfər saxlanılıb. İddia olunur ki, saxlanılanların bir hissəsi əvvəllər kütləvi iğtişaşlarda iştirak edib. İki mütəşəkkil qrup halında fəaliyyət göstərən şübhəlilərin yeni yaradılmış terror təşkilatı ilə əlaqədə olduqları bildirilir. Xüsusi xidmət orqanlarının bəyanatına əsasən, sözügedən qrup "Ramazan müharibəsi" adlandırılan dövrdə regionda vəziyyəti gərginləşdirmək və İsrailə dəstək nümayiş etdirmək məqsədilə mülki şəxslərə qarşı hücumlar və qətllər planlaşdırıb. Şübhəlilərin gizləndiyi sığınacaqlarda aparılan axtarışlar zamanı dövlət obyektlərinə və insanların kütləvi toplaşdığı məkanlara hücum üçün nəzərdə tutulan silah, sursat və avadanlıqlar aşkar edilərək götürülüb.
Müsadirə olunan əşyalar arasında 5 ədəd odlu silah, 61 ədəd döyüş patronu və 5 ədəd "Starlink" peyk rabitə terminalı var.
İran rəsmiləri qrupun fəaliyyətinin hər hansı bir aksiyaya başlamadan öncə dayandırıldığını və əyalətdəki vəziyyətin tam nəzarət altında olduğunu bəyan ediblər.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












