İranın raket zərbələrindən sonra Ben-Qurion hava limanında xaos - VİDEO

İsraildə Ben Gurion hava limanında İranın raket zərbələrindən sonra ciddi qarışıqlıq yaranıb. Avtosfer.az "Bizim.Media"ya istinadən xəbər verir ki, yerli mənbələrin məlumatına görə, hücum xəbərləri fonunda yüzlərlə insan ölkəni tərk etmək üçün hava limanına axışıb və nəticədə terminallarda panika yaşanıb. Bildirilir ki, sərnişinlərin kütləvi şəkildə hava limanına gəlməsi səbəbindən zallarda qarşıdurmalar, dava və nizamsızlıq halları baş verib. Təhlükəsizlik qüvvələri vəziyyəti nəzarətdə saxlamağa çalışsa da, uzun növbələr və sıxlıq səbəbindən gərginlik artıb. Məlumata görə, tətbiq edilən məhdudiyyətlərə əsasən, hər reys üzrə maksimum 100 sərnişinin uçuşuna icazə verilir. Bu səbəbdən yüzlərlə insan planlaşdırdıqları uçuşlara minə bilməyib və hava limanında qalmağa məcbur olub.
Nəticədə bir çox sərnişin ölkəni tərk edə bilmədiyi üçün hava limanında vəziyyət daha da gərginləşib və terminallarda xaos yaranıb.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












