İraqda ABŞ-nin hərbi təyyarəsi vuruldu - Bütün heyət öldü - YENİLƏNİB

Martın 12-də təxminən saat 14:00-da İraqın qərbində ABŞ-yə məxsus "KC-135" yanacaq dolduran təyyarəsi qəzaya uğrayıb. Altı heyət üzvündən dördünün öldüyü təsdiqlənib və axtarış-xilasetmə işləri isə davam edir.
Avtosfer.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) "X"də məlumat verib.
"Hadisənin baş vermə səbəbləri araşdırılır", - deyə məlumatda qeyd olunub.
"Hərbi qulluqçuların kimliyi yaxın qohumların məlumatlandırılmasından sonra 24 saat tamam olanadək açıqlanmır", - bəyanatda bildirilib.
***09:16
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “Boeing KC-135 Stratotanker” yanacaq dolduran hərbi təyyarəsi İraq hava məkanında qəzaya uğrayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.
Bildirilib ki, hadisə İraqın qərb bölgəsində, ABŞ və müttəfiq qüvvələrin nəzarətində olan hava məkanında baş verib.
Qəza zamanı iki hərbi təyyarə əməliyyat tapşırığını yerinə yetirirmiş. Onlardan biri qəzaya uğrayıb, digər təyyarə isə təhlükəsiz şəkildə eniş edib.
CENTCOM qeyd edib ki, qəza İrana qarşı həyata keçirilən əməliyyat çərçivəsində baş verib.
Bəyanatda qəzanın səbəbi, qəzaya uğrayan təyyarədə olan heyətin sayı barədə hələlik məlumat verilməyib. Qeyd olunub ki, hadisə düşmən və ya dost atəşi nəticəsində baş verməyib və hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.
***
İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-nin yanacaq dolduran təyyarəsinin İraqın qərbində vurulduğunu və heyət üzvlərinin öldüyünü bildirib:
“ABŞ təyyarəsi İraqın qərbində İran tərəfindən dəstəklənən qrupların raketləri ilə vurulub və heyət üzvləri həlak olub”.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












