İsrail mülki təyyarənin atəşə tutulmasını araşdırır

İsrail ötən gecə İordan çayının Qərb Sahilində mülki təyyarənin atəşə tutulması ilə bağlı insidenti araşdırır. İsrail Müdafiə Qüvvələri (IDF) əsgərlərin onu düşmən dronu ilə səhv salaraq, yalnışlıq nəticəsində atəş açdığına inanır. Avtosfer.az Trend-ə istinadən xəbər verir ki, bu barədə IDF mətbuat xidməti məlumat yayıb. İnsident Beyt El qəsəbəsi üzərində sakinlərin bir neçə naməlum pilotsuz uçuş aparatları görməsindən sonra baş verib. IDF qüvvələri həmin əraziyə səfərbər olunub və bölmələrdən biri mülki təyyarəni dron bilərək ona atəş açıb. Daha sonra məlum olub ki, Ben Qurion hava limanına eniş edən təyyarələrin uçuş marşrutu şərq istiqamətinə dəyişdirilib. Bu səbəbdən təyyarələr Beyt-El ərazisi üzərindən nisbətən alçaq yüksəklikdə uçub və bu da dronlarla bağlı məlumatların yayılmasına səbəb olmuş ola bilər. Hadisə nəticəsində zərər və ya xəsarət alanlarla bağlı məlumat yoxdur. Ordunun bildirdiyinə görə, insident araşdırılacaq. Təyyarənin hansı hava yolları şirkətinə aid olduğu və uçuş marşrutu açıqlanmır.
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO












