İsrail son əməliyyatlar zamanı Livanda 40 il öncə əsir düşmüş pilotunu TAPDI? - Açıqlama - YENİLƏNİB

İsrail Müdafiə Qüvvələrinin (SAXAL) xüsusi təyinatlı qüvvələri 1986-ci ildə itkin düşən pilot Ron Aradın qalıqlarını tapmaq üçün Livanda keçirilən gecə əməliyyatı zamanı heç bir itki verməyib.
Avtosfer.az-ın xəbərinə görə, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb.
"Livandakı əməliyyatın bir hissəsi olaraq, xüsusi təyinatlı qüvvələr gecə vaxtı itkin düşmüş pilot Ron Aradın axtarışlarını aparıblar. İsrail Müdafiə Qüvvələrinin şəxsi heyəti arasında xəsarət alanlar olmayıb", - deyə məlumatda qeyd olunub.
SAXAL-dan verilən xəbərə görə axtarış yerində itkin düşmüş Ron Arada aid heç bir iz aşkar edilməyib.
***
İsrailin komando bölməsi 1986-cı ildə əsir götürülən pilot Ron Aradın qalıqlarını tapmaq və geri qaytarmaq üçün Livanın şərqindəki dağlıq bölgəyə eniş edib.
Avtosfer.az xəbər verir ki, bu barədə "Əl-Hədat" televiziyası məlumat yayıb.
Kanalın məlumatına görə, İsrail hərbçiləri Nəbi Şit şəhəri yaxınlığına eniş edərək İsrail pilotunun qalıqlarının dəfn olunduğu qəbiristanlığa doğru gediblər. Lakin onlar orada pusquya düşüblər və geri qayıtmağa məcbur olublar.
"Hizbullah" hərəkatı qırıcılarının "Əl-Şokr" qəbiristanlığı yaxınlığında İsrail bölməsinə hücuma keçdiyini təsdiqləyib.
"Düşmən bölməsi aşkar edildikdən sonra onların döyüş zonasından geri çəkilmələri üçün təyyarələr və helikopterlərdən istifadə edərək zərbələr endirilib", - deyə hərəkatın bəyanatında qeyd olunub.
Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələrinin şturmanı Ron Arad 16 oktyabr 1986-cı ildə döyüş tapşırığı zamanı Livan üzərində "F-4 Phantom" təyyarəsi vurulduqdan sonra əsir götürülüb. Ehtimala görə, o, 1988-ci ilin may ayında əsirlikdə olarkən güllələnib.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












