İstanbulda DƏHŞƏT: 15 yaşlı məktəbli qız şagirdləri bıçaqladı - FOTOLAR - YENİLƏNİB

İstanbulda orta məktəbdə baş verən bıçaqlı hücum zamanı xəsarət alan 8 şagirddən biri dünyasını dəyişib.
Avtosfer.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin təhsil naziri Yusuf Tekin məlumat verib.
Sözügedən hadisəni qız şagirdlərdən biri törədib.
***14:41
Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda Şeyh Şamil İmam Hatip orta məktəbində 15 yaşlı məktəbli qızın yaraladığı şagirdlərin sayı artıb.
Bu barədə Avtosfer.az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, məktəbdə məktəbli qız 8 şagirdi bıçaqla yaralayıb.
Hadisə yerinə sağlamlıq qrupları göndərilib. Yaralı şagirdlər təcili yardım maşını ilə xəstəxanaya aparılıb. Türkiyə Radio və Televiziya Ali Şurası (RTÜK) hadisə ilə bağlı yayım qadağası tətbiq edib.
***
İstanbulun Başakşehir rayonunda 15 yaşlı qız orta məktəb şagirdlərinə bıçaqla hücum edib, nəticədə ən azı beş nəfər yaralanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə NTV telekanalı yerli rəsmilərə istinadən məlumat yayıb.
Məlumata görə, təhsil müəssisəsinin ərazisinə bıçaqla daxil olan şagird onun arxasınca binaya girən məktəblilərə xəsarət yetirib. Müxtəlif mənbələrdə yaralıların sayı ilə bağlı fərqli məlumatlar verilir.
Başakşehir rayonunun rəhbəri Cəmil Özgür Öney yeddi şagirdin yaralandığını və onlardan üçünün vəziyyətinin ağır olduğunu bildirib. İlkin məlumatlara görə, hücum edən şəxs 10-cu sinif şagirdidir.
"Yeni Şafak" nəşrinin yazdığına görə, qadın mühafizəçinin cəld müdaxiləsi və hücum edənin qolundan tutaraq onu zərərsizləşdirməsi daha ağır nəticələrin qarşısını alıb. Şübhəli şəxs polis tərəfindən saxlanılıb. İstanbul bələdiyyəsindən verilən açıqlamada hücum nəticəsində beş şagirdin xəsarət aldığı və onların xəstəxanaya yerləşdirildiyi qeyd edilib.
Hücumun səbəbləri məlum deyil, hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO


















