İki nəfərin ölümünə səbəb olan “Prius”un sürücüsü ilə bağlı QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində bir ailədən 2 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası təqsirləndirilən Mirzə Dadaşovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az pravda.az-a istinadən xəbər verir ki, hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
Qeyd: Hadisə bu il iyulun 2-si gecə saat 22 radələrində Sumqayıt şəhərində baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü Mirzə Dadaşov onlayn proqram üzərindən Saray qəsəbəsindən müştəriləri götürüb. Qonaqlıqdan çıxan ailə üzvləri - 1969-cu il təvəllüdü Nuridə Cabbarova, 1992-ci il təvəllüdlü Ləman Məmmədova, 1966-cı il təvəllüdlü Xaləddin Məmmədov, 2016-cı il təvəllüdlü Oktay Məmmədov və 1995-ci il təvəllüdlü Şəbnəm Quliyeva avtomobillə Sumqayıta gedərkən sürücü “Toyota Prius” markalı avtomobillə yol hərəkəti qaydalarını pozub. Nəticədə taksi əks tərəfdən gələn “Hyundai SantaFE” markalı avtomobilə çırpılıb. Hadisə nəticəsində Xaləddin Məmmədov və gəlini Ləman Məmmədova aldıqları ağır xəsarətlərdən vəfat ediblər, daha 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə sürücü qaranlıqda şam ağaclarının onun görmə şəraitini çətinləşdirdiyini və bu səbəbdən qəzanın baş verdiyini deyib. Mirzə Dadaşov “Hyundai SantaFe” markalı avtomobilin sürətinin çox olduğunu və qəzanın da bu səbəbdən baş verdiyini iddia edib. Ona qarşı Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması – 2 və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmənin hökmü ilə Mirzə Dadaşova 7 il müddətinə azadlıqdan məhrum edilib.
Binədə istixanada güclü YANĞIN baş verib - VİDEO - YENİLƏNİB
Yolun ortasında gəzən yaşlı kişi sürücüyə çətin anlar yaşatdı - VİDEO
“Yol nişanı görünmür, nəticədə cərimələnirik” - VİDEO - YENİLƏNİB
Yasamalda qanunsuz parklanma: Küçə maneələrlə zəbt edilib - VİDEO
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü - VİDEO
Marketin qarşısında dayanan şəxsi avtomobil vurdu
Balkondan düşmək üzrə olan uşağı belə xilas etdi - VİDEO
Sumqayıtda doğum evində yanğın: Təxliyə başladı - FOTO
Süni intellektlə saxta MİDA müqavilələri hazırlayıb pul yığdılar – 2 qadın həbs edildi - VİDEO
Xırdalanda asfaltı qazdılar, sakinlərə tozlu yol “hədiyyə” etdilər - VİDEO
Almaniyada vağzalda partlayış: Bir neçə nəfər xəsarət aldı










