İki piyadanı vurub öldürən daha bir sürücüyə həbs verildi - Arvadını işə aparırmış

Bakıda ağır yol qəzası törətmiş şəxsin məhkəməsi başa çatıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Lənkəran rayon sakini 44 yaşlı Sahib Süleymanova (ad şərtidir) hökm oxunub.
Bildirilib ki, hadisə ötən ilin dekabrın 21-i saat 06 radələrində Sabunçu rayonu Kürdəxanı qəsəbəsində baş verib.
S.Süleymanov dostuna məxsus “Kia Rio” markalı avtomobillə həyat yoldaşını işə apararkən 2 qadını vurub.
Nəticədə 31 yaşlı Pikə Ağarzayeva və onun həmyaşıdı Gülcahan Quliyeva aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüblər.
Məhkəmədə mərhumların ailə üzvləri sürücüyə ən ağır cəzanın verilməsini tələb ediblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Süleymanova 6 il 6 ay həbs cəzası verilib. Onun sürücülük hüququ da əlavə 5 il ərzində məhdudlaşdırılıb.
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












