İki yaşlı qızı oğurlayan şəxsə 12 il 6 ay həbs cəzası verildi

Ağstafanın Aşağı Göyçəli kəndində 2 yaşlı qız uşağını oğurlamaqda ittiham olunan Telman Omarovun məhkəmə araşdırması başa çatıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Omarov adam oğurluğunda təqsirli bilinərək uzunmüddətli həbsə məhkum edilib.
İttihamda yazılır ki, 57 yaşlı T.Omarov kənddə keçirilən toy mərasimində azyaşlını izləməyə başlayıb. Uşaq yol kənarında oynayan vaxt onu qucağına alaraq idarə etdiyi “Lexus” markalı avtomobilə mindirib və Ağstafadakı evinə aparıb.
Övladlarının yoxa çıxdığını görən ailə əvvəlcə onun yaxınlıqdakı arxa düşdüyünü zənn edib.
Hadisənin yeganə şahidi isə anadangəlmə nitq qabiliyyəti olmayan kənd sakini Elmar imiş. Elmar uşağı qaçıran avtomobilin nömrəsini yerə yazaraq baş verənləri valideynlərə başa salıb. Bundan sonra körpəni Telmanın apardığı məlum olub.
Valideynlər kənd sakinlərini də toplayaraq uşağı almaq üçün onun evinə gediblər. Həmin vaxt sərxoş vəziyyətdə olan Telman həyətində saxladığı iti gələnlərin üstünə buraxıb. O, polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra azyaşlı valideynlərinə təhvil verilib.
Kənd sakinləri məhkəmədə də bu halı təsdiq ediblər. Kəndlilər deyiblər ki, uşağı geri almaq üçün valideynlərlə birgə T.Omarovun yaşadığı evə gediblər.
İçkili vəziyyətdə olan Omarov isə onları “əgər yaxınlaşsanız, uşağı itə atacağam” deyərək hədələyib. Hətta həmin vaxt həyətdəki it uşağı T.Omarovun əlindən almağa çalışanlardan birini dişləyib. Yalnız polisin müdaxiləsindən sonra ara sakitləşib.
Gəncə Ağır Cinayətlər Məhkəməsi toplanmış sübutlar əsasında Telman Omarovu təqsirli hesab edib. Ona ittiham edildiyi maddənin sanksiyasının yuxarı həddi ilə-12 il 6 ay həbs cəzası verib. Həmçinin cəzasının çəkilməsi yeri ciddi rejimli müəssisə seçilib.
Suraxanıda yaşayış evində uçqun olub, ölən və yaralı var - VİDEO
Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı - Polis 2 gün sonra tapdı
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO












