İlan sərxoş kişini dişlədi, özü öldü - Kuryoz hadisə

Xorvatiyada qeyri-adi hadisə baş verib. Belə ki, ilan spirtli içki qəbul etmiş kişini sancıb. Bundan sonra gürzə spirtin təsirindən ölüb.
Avtosfer.az xarici KİV-ə istinadən xəbər verir ki, kuryoz hadisə 42 yaşlı Ştef Raduliçin başına gəlib.
Sərxoş kişi hava almaq məqsədilə gəzintiyə çıxıb. Onun sözlərinə görə, təsadüfən gürzəyə çox yaxınlaşdığı üçün ilan özünü qorumaq məqsədilə ayağından sancıb.
"Birdən kəskin ağrı hiss etdim və bunun ilan sancması olduğunu anladım. Həkimə qaçmaq istəyirdim ki, gördüm ilan qəribə hərəkət edir - gözləri yarı bağlı şəkildə yerində çırpınır".
Yaralı kişi ilanı baytar məntəqəsinə aparmaq istəyərkən, gürzə yolda ölüb. Baytar müayinəsi nəticəsində ilan qanındakı spirt miqdarının 5,1 qram/kq olduğu müəyyən edilib.
Maraqlısı budur ki, ilan zəhəri Raduliçə təsir etməyib. Həkimlərin fikrincə, onun qanındakı alkoqol toksini neytrallaşdırıb və bu, kişini ölümdən xilas edib.
Bunun fonunda kişinin yerli mətbuata açıqlaması ilə diqqət çəkib. Kişi bildirib ki, spirtli içki onun həyatını xilas edib.
"İndi həkimdən rəsmi sənəd istəyirəm ki, spirtin mənim həyatımı xilas etdiyini təsdiqləsin. Bəlkə o zaman arvadım susar", - deyə Raduliç zarafatla əlavə edib.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












