İlham Haqverdiyev kimlərdən rüşvət almaqda ittiham olunur? - TƏFƏRRÜAT

Müdafiə Nazirliyinin istirahət evinin rəisi İlham Haqverdiyevin həbsi ilə bağlı detallar məlum olub. Avtosfer.az-ın "Qafqazinfo”ya istinadən məlumatına görə, mayor rütbəsi ilə xidmət edən rəis rüşvət qarşılığında bir neçə mülki şəxsi istirahət evinə işə düzəldib. Nazirliyin istirahət evindəki korrupsiya faktı Respublika Hərbi Prokurorluğu tərəfindən müəyyən edilib. Aparılan araşdırma nəticəsində qanunauyğun tədbir görülüb. İlkin istintaqla müəyyən edilib ki, İlham Haqverdiyev vəzifəsindən sui-istifadə edərək bir neçə mülki şəxsi rüşvət qarşılığında işə düzəldib. Belə ki, o, bir nəfəri yanğından mühafizə üzrə müfəttiş təyin etmək üçün 2500 manat, başqa bir qadını xadimə kimi işə qəbul etmək üçün isə 1500 manat alıb. Bundan əlavə, Haqverdiyevin istirahət evinin inzibati qeydiyyatçısının gecə növbəsindən gündüz növbəsinə keçirilməsi üçün 500 manat, dizelçi-elektrikin əmək müqaviləsinin uzadılması üçün isə əlavə məbləğdə rüşvət aldığı bildirilir.
Mayora qarşı Cinayət Məcəlləsinin 311.3.2-ci (rüşvət alma – külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Hazırda onun ətrafında araşdırma davam edir. İbtidai istintaq dövründə cinayət işi üzrə başqa epizodların da ortaya çıxa biləcəyi istisna edilmir.
Təqsirləndirilən şəxs özü isə ittihamla razılaşmır. O, bu gün həbs qərarından apellyasiya şikayəti verib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












