İntihara cəhd edən qazi ilə bağlı - AÇIQLAMA

Ötən gün Gəncədə intihara cəhd edən Vətən müharibəsi qazisi Elmar Nəsirovun vəziyyəti açıqlanıb.
TƏBİB-dən bildirilib ki, aprelin 24-ü saat 18:20 radələrində 2001-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Dərman zəhərlənməsi diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti orta ağır qiymətləndirilən şəxsin müalicəsi müvafiq şöbədə davam etdirilir.
APA-nın məlumatına görə, Goranboy rayonunun Borsunlu kənd sakini E.Nəsirov dərman içərək intihara cəhd edib. Onun hansı səbəbdən intihara cəhd etdiyi məlum deyil.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü Nəsirov Elmar Elmir oğlu 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. Füzuli-Xocavənd istiqamətlərində aparılan döyüşlərdə yaralanıb. “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. O, YAŞAT Fondunun xətti ilə Türkiyədə müalicə edilib və 14 dəfə əməliyyat olunub.(qafqazinfo)
Xarab olan avtomobilin sürətlər qutusunu yolun ortasında sökdü; sıxlıq yarandı - VİDEO
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB












