İran məhkəməsindən Nərgiz Məhəmmədi barəsində - QƏRAR

Güney azərbaycanlı hüquq müdafiəçisi, Sülh üzrə Nobel mükafatı laureatı Nərgiz Məhəmmədi 7,5 il müddətinə həbs cəzasına məhkum edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə onun vəkili Mostafa Nili “X” sosial şəbəkəsində məlumat yayıb.
53 yaşlı Məhəmmədi barəsində “cinayət törətmək məqsədilə yığıncaqlarda iştirak və əlbir olma” maddəsi üzrə 6 il, həmçinin təbliğat aparmağa görə əlavə 1,5 il həbs qərarı çıxarılıb. Bundan əlavə, həbsdən sonra onun 2 il müddətinə ölkədən çıxması qadağan olunacaq. Məhəmmədi bu dövr ərzində Xusf şəhərində yaşamalı olacaq.
Nilinin sözlərinə görə, güney azərbaycanlı hüquq müdafiəçisi 3 gün əvvəl özünü pis hiss etdiyinə görə xəstəxanaya köçürülüb, lakin sonra yenidən həbsxanaya qaytarılıb. Eyni zamanda vəkil Məhəmmədinin müalicə üçün müvəqqəti olaraq girov müqabilində azad edilə biləcəyini bildirib.
Bundan başqa, ötən gün İranda müxalif “İslahat Cəbhəsi” alyansının rəhbəri Azər Mənsuri, İranın İslam Məşvərət Şurasının (parlamentinin) keçmiş deputatı İbrahim Əsgərzadə (1988-1992-ci illərdə), həmçinin xarici işlər nazirinin keçmiş müavini Mohsen Əminzadə (1997-2005-ci illərdə) saxlanılıblar.
Onlar digər ittihamlarla yanaşı “milli birliyin pozulması”, “konstitusiyanın pozulması”, “düşmən təbliğatının koordinasiyası” və “gizli təxribat mexanizmlərinin yaradılması”nda ittiham olunurlar.
Xatırladaq ki, Nərgiz Məhəmmədi 1972-ci ildə Güney Azərbaycanın Zəncan şəhərində anadan olub. O, insan hüquqlarının müdafiəsi ilə bağlı apardığı fəaliyyətlərinə görə ümumilikdə 36 il müddətinə azadlıqdan məhrum edilib, bu cəzanın 10 ilini həbsxanada çəkib. Məhəmmədi son olaraq ötən il dekabrın 12-də iranlı hüquq müdafiəçisi, vəkil Xosrov Əlikordinin anım mərasimində saxlanılıb, bu ilin fevralın 2-də isə aclıq aksiyasına başlayıb.
O, “qadınlara qarşı zorakılıqla mübarizəsinə”, eləcə də “hər kəs üçün insan hüquqları və azadlığının təşviqi uğrunda apardığı mübarizəyə” görə 2023-cü ildə Sülh üzrə Nobel mükafatına layiq görülüb.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












