İynəyə görə xəstə ölmüşdü - 70 yaşlı həkim bu cəzanı aldı

Şəkidə evində yaratdığı qeyri-qanuni tibb məntəqəsində xəstəyə iynə vurmaqla ölümünə səbəb olan həkim cinayət məsuliyyətinə cəlb edilib.
Avtosfer.az xəbər verir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasının travmatoloq-ortopedi 1955-ci il təvəllüdlü Hikmət Əliyev barəsindəki cinayət işinin materialları rayon məhkəməsinə göndərilib.
O, Cinayət Məcəlləsinin 124.1-ci (Ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə təqsirli bilinib. Məhkəmədə bildirilib ki, H.Əliyev lisenziya əldə etmədən öz evində xəstələrin müayinə-müalicəsini qeyri-qanuni həyata keçirib.
Belə ki, Şəki rayon Kiş kənd sakini Sədiqvə Həsənova 2023-cü ildə kürək nahiyəsində olan ağrılarla həkimə müraciət edib. “Kifoskolioz” diaqnozu qoyulmuş qadına şprislə 1 ml miqdarında “Flosteron” və 5 ml-lik “Novokain” dərman qarışığı, həmçinin 2 ml “Etofleks” və 2 ml “Tiofleks” dərman preparatları vurulub.
Lakin iynələr qeyri-steril şəraitdə vurulduğundan qadının bədəninə infeksiya düşüb. Nəticədə bədəninə fleqmona (kəskin iltihabi qızartılar) yayılıb. O, orqanizmin ümumi intoksikasiyası nəticəsində inkişaf edən kəskin ağciyər-ürək çatışmazlığından vəfat edib.
Şəki Rayon Məhkəməsində keçirilən prosesdə Hikmət Əliyev Sədiqvə Həsənovanın ölümünə onun vurduğu iynənin səbəb olmadığını deyib. Mərhumun yaxınları isə həkimi qeyri-steril iynədən istifadə etməkdə ittiham ediblər və bunun ağır fəsadlara gətirib çıxardığını bildiriblər.
Məhkəmə 70 yaşlı həkimi qeyd edilən cinayət əməlini törətməkdə təqsirli bilib. H.Əliyevə 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası verilib. O, cəzasını məntəqə tipli müəssisədə çəkəcək.
Əhmədlidə torpaq uçqunu - Maşınlara zərər dəydi - VİDEO - YENİLƏNİB
Bakıda avtomobildə sıxılı vəziyyətdə qalmış şəxs xilas edilib - VİDEO
Bilgəhdə altı nəfər suda batdı, biri öldü
Qeyri-etik paylaşımlar edən daha bir tiktoker həbs olundu
Daha bir tiktoker cəzalandırıldı: Psixiatriya xəstəxanasına yerləşdirildi
Elvinin öldüyü qətlin detalları - Atası anasını bıçaqlamaq istəyirmiş - FOTO - YENİLƏNİB
Qəbələdə avtomobil yanaraq külə döndü - VİDEO
Şəhid anası oğlunun ildönümündə vəfat etdi - FOTO
Paytaxtın mərkəzində avtomobil qadını vurub öldürdü
Bakıda taksi sürücüsünə qarşı quldurluq: Sərnişin bıçaqla hədələdi
Polis sərxoş azərbaycanlı sürücünü deportasiya etmək istədi, məhkəmə MANE OLDU










