Jurnalistin anasının ölümü ilə bağlı araşdırma yekunlaşdı - Cinayət işi açılmadı

Mart ayında Şirvan sakini Bahar Qasımovanın “Stimul Hospital”da vəfat etməsi ilə bağlı Sabunçu Rayon Prokurorluğunda aparılan araşdırma yekunlaşıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, mərhumun oğlu, jurnalist Fərahim Qasımov bildirib ki, prokurorluq ölüm faktı ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar çıxarıb.
F.Qasımov düşünür ki, araşdırma materiallarında həkim və tibb işçilərinin ifadələri arasında çoxsaylı uyğunsuzluq var. O, klinikanın hadisəyə aid kamera görüntülərini də təqdim etmədiyini, həmçinin sənədlərə sonradan anasının başqa xəstəlikdən əziyyət çəkməsinə dair həkim rəyinin əlavə edildiyini bildirib: “Anama sonradan uydurma “Timoma” dioqnozu qoyaraq ölümündə adı keçən şəxsləri məsuliyyətdən xilas etməyə çalışıblar”.
Xatırladaq ki, hadisədən sonra “Stimul Hospital” Bahar Qasımovanın 18 mart 2024-cü ildə baş verən ölümü ilə bağlı açıqlama yaymışdı və məlumatda “Timoma” dioqnozu qeyd edilməmişdi. Tibb müəssisəsindən bildirilmişdi ki, 1967-ci il təvəllüdlü xəstə martın 7-si ürəkbulanma, tək-tək qusma, göbəkaltı nahiyədə ağrılar və arıqlama şikayətləri ilə hospitala müraciət edib: “Həkimin apardığı obyektiv müayinə və analizlər əsasında xroniki qastritin və xroniki kolitin kəskinləşməsi diaqnozu qoyulub, ambulator şəraitdə qan azlığına görə müalicəsinə başlanıb”.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












