Kamçatkada köməksiz vəziyyətdə qalan Azərbaycan vətəndaşı xilas oldu - FOTO - YENİLƏNİB

Rusiyanın Kamçatka yarımadasında Ploski Tolbaçik vulkanında bir qrup turist avtomobilləri ilə yolda qalıblar.
Avtosfer.az Rusiya mediasına istinadən xəbər verir ki, buna səbəb güclü yağışlar səbəbindən yolun tamamilə dağılması olub.
Çətin vəziyyətdə qalan turistlər arasında Tatyana Dolivets adlı Azərbaycan vətəndaşı da var. Bu barədə sözügedən qadın instaqram hesabında paylaşım edib.
Onun sözlərinə görə, 16 nəfərlə birlikdə hazırda “Ural” markalı avtomobildə köməksiz qalıblar.
T. Dolivets həmçinin cəmi 1 günlük qida ehtiyatlarının qaldığını vurğulayıb.
***
T. Dolivets sosial şəbəkədə yeni paylaşım edərək xilas edildiklərini və təhlükəsiz yerə təxliyə olunduqlarını açıqlayıb:
“Dəstəyə görə hamıya təşəkkürlər! Biz artıq isti yerdəyik. Qızınmaq üçün kiçik evimiz var, isti yataq kisələri və çadırlarla təmin olunmuşuq. Axşam yeməyi üçün isə bizə başqa düşərgədən yemək göndəriblər”.

Xocavənddə traktor minaya düşüb, sürücü xəsarət alıb - YENİLƏNİB
Kiberpolis əməliyyat keçirdi: Elcan Cəfərov saxlanıldı - VİDEO
Avtomobilini qarajda saxlayanlara XƏBƏRDARLIQ; yana bilər
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə DRONLA HÜCUM EDİLDİ - VİDEO
DTX xüsusi əməliyyat keçirdi - Namiq Ağalarov Azərbaycana gətirildi
Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - VİDEO
Prospektdə motosiklet sürücüsü son anda qəzadan xilas oldu - VİDEO
Rusiyadan gələn yük avtomobili yandı - VİDEO
Səkkiz avtomobil götürdü, sonra ŞOK YAŞADI: Hər maşına dörd min manat cərimə - VİDEO
Avtomobil almaq istədi, aldadıldığını iddia etdi: "Nə maşın var, nə də pul" - VİDEO
Tümen–Bakı reysi ilə uçan təyyarə məcburi eniş ETDİ










