Kanalizasiyaya düşən gəncin ölümü ilə bağlı MƏHKƏMƏ: "Məndən yuxarı rəislər deyiblər ki, uzaqlaş oradan" - FOTO - VİDEO

Nərimanov rayonunda "Baksol yolu" ərazisində yolun çökməsi nəticəsində kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün ölümü ilə bağlı başlanmış cinayət işi üzrə ittiham edilən Bakı Sukanal İdarəsinin kanalizasiya kollektorları və təzyiq xidmətlərində qəza-bərpa üzrə sahə rəisi Azər Cümşüdovun cinayət işi üzrə növbəti məhkəməsi keçirilib.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən proses şahid ifadələri ilə davam edib.
Səyyar Nuriyev şahid qismində ifadəsi zamanı həmin ərazidə tikinti materiallarının satışını həyata keçirdiyini deyib:
"Orada 2025-ci ilin əvvəlindən çökmə olub, aidiyyəti qurumların qaynar xətlərinə dəfələrlə məlumat versək də, bir tədbir görməmişdilər. Bizi ittiham edirlər ki, orada qurulan məhəccərləri götürmüşük, lakin bu, absurd ittihamdır. Çöküntü baş verən gündən su idarəsinin qaynar xəttinə üç dəfə zəng etmişəm, lakin bir nəticəsi olmayıb".
Təqsirləndirilən Azər Cümşüdov isə deyib ki, hadisə baş verən ərazidə məhəccərləri sahibkarlar götürüblər:
"Bizim işçilər sahibkarların məhəccərləri oradan götürdüklərinə şahid olublar".
Şahid daha sonra sualları cavablandırarkən hadisə baş verən ərazidən bir qədər aralıda əvvəl də çökmə olduğunu deyib:
"Həmin yerdən 70 metr aralıda əvvəldə çökmə olmuşdu. İdarənin əməkdaşları məhəccərləri ora quraşdıranda, onları yerə bərkitməyib getmişdilər. Hadisədən əvvəl Azər Cümşüdovla görüşmüşdüm, o, mənə demişdi ki, hissə-hissə işləri yekunlaşdırırıq".
Prosesdə ifadə verən digər şahid Asim Həbibov da hadisə baş verən ərazidə tikinti materiallarının satışını və icarəsini həyata keçirdiyini deyib:
"Həmin ərazidə 2025-ci ilin əvvəlindən çökmə olmuşdu, bir neçə dəfə su idarəsinin qaynar xəttinə zəng etmişdi. Gəlib baxan olmadığına görə özümüzdə olan məhəccərləri ora qoyduq ki, hər hansı bir hadisə baş verməsin. O, məhəccərləri icarəyə verib pul qazanırdım deyə bir müddətdən sonra oradan götürdüm. Su idarəsinin məhəccərləri orada idi, lakin onlar yerə bərkidilməmişdi. Onların məhəccərlərini oradan biz götürməmişik".
Təqsirləndirilən şəxs şahidin dediklərinə cavab olaraq bildirib ki, ona verilən tapşırıqları yerinə yetirib.
"Məndən də yuxarı rəislər var, onlara sual verin ki, niyə gec tədbir görüblər?! 2025-ci ilin may ayının 14-də çökmə baş verən yeri məhəccərləmişik. İyun ayında rəhbərlik mənə deyib ki, təmir üçün material yoxdur, oradan uzaqlaş".
Növbəti proses martın 17-nədək təxirə salınıb.

Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata görə, iyunun 26-da saat 20:30-da 1997-ci il təvəllüdlü Cümşüd Cümşüdlü Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsi 20/90 ünvanının qarşısında yer səthinin çökməsi nəticəsində kanalizasiya sularının axdığı kanala düşüb.
Qeyd olunub ki, aparılmış axtarışlar nəticəsində mərhumun meyiti iyunun 28-də saat 15:35-də Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən kanalizasiya sularının təmizləmə anbarında tapılıb.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyitə baxış keçirilib, hadisəni əks etdirən müşahidə kameralarının görüntüləri əldə olunub və digər zəruri prosessual hərəkətlər icra olunub. Araşdırmalar zamanı müəyyən olunub ki, hadisənin baş verdiyi kanal Azərbaycan Respublikası Dövlət Su Ehtiyatları Agentliyinin "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik hüquqi şəxsinin Bakı Su Kanal İdarəsinin balansındadır və həmin idarə tərəfindən istismar olunur.
Faktla əlaqədar Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə (ehtiyatsızlıqdan ölümə səbəb olan səhlənkarlıq) cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs qismində cəlb edilən Azər Cümşüdov həbs edilməyib, onun barəsində polis nəzarəti altına verilmə qətimkan tədbiri seçilib.
Yeni dələduzluq növü: Xarab telefonu qəsdən avtomobilə vuraraq pul tələb edir - VİDEO
Bakıda qadın azyaşlı övladı ilə 8 zolaqlı yolda qayda pozdu - VİDEO
Zaqatalada güclü külək FƏSADLAR YARATDI: Aşman ağaclar avtomobil yolunu bağladı - FOTOLAR
Xanım sərnişin taksidə siqaret çəkmək istədi – Sürücü... - VİDEO
Bakıda yeniyetməni oğurluğa cəlb edən şəxs 6 il azadlıqdan məhrum edildi
“TikTok”da canlı yayım açıb tülküyə işgəncə verdi: “Hədiyyə göndərməsəniz…” - VİDEO
Mərdəkanda dənizdə 4 nəfər batdı; 3-nün meyiti tapıldı - YENİLƏNİB
“Dərnəgül”də təhlükəli anlar: Piyada az qala avtobusun altında qalırdı - VİDEO
Bilgəhdə hərəkətdə olan avtomobil qəfil alovlandı - VİDEO
Keçiddən keçməyən piyada qəzaya səbəb oldu - REAL VİDEO
Maşınların şüşəsini qırıb oğurluq edən şəxs SAXLANILDI - FOTO - VİDEO










