Keçmiş merinin qətlinin şok təfərrüatı: Nəvə qalıqları taksi ilə daşıyıb

Bir neçə gün əvvəl öldürüldükləri barədə xəbəri yayılan Samaranın (Rusiya) keçmiş meri Viktor Tarxov və həyat yoldaşı Natalyanın qətli ilə bağlı dəhşətli təfərrüat üzə çıxıb. İstintaqa yaxın mənbələrin məlumatına görə, əsas şübhəli şəxs mərhumların 29 yaşlı nəvəsi Yekaterina Belskayadır.
Avtosfer.az bu barədə Rusiya KİV-ə istinadən məlumat verir.
İstintaqın versiyasına görə, təxminən bir ay əvvəl Belskaya öz baba və nənəsini vəhşicəsinə qətlə yetirib.
"Mərhumların cəsədlərinin qalıqları onların Samaradakı mənzilində tapılıb. İlkin versiyaya görə, Yekaterina nənə və babasını öldürüb, doğrayıb, hissələri torbalara və çəlləklərə qoyub, sonra cəsəd hissələrini taksi ilə daşıyaraq şəhərin zibil qutularına atıb", - deyə mənbədən bildirilib.
Vəhşi qətlin motivi, ehtimal ki, 145 milyon rubl (təxminən 2.5 milyon manat) olub - məhz bu məbləğdə mərhumların Moskva ətrafında malikanələr, Samarada biznes sinif mənzil və avtomobil daxil olmaqla əmlakı qiymətləndirilir.
İstintaqçılar, həmçinin müəyyən ediblər ki, Belskaya narkotik maddələr qəbul edib. Hələ 2020-ci ildə anası məhkəmə vasitəsilə onu məhdud fəaliyyət qabiliyyətli şəxs kimi tanımağa cəhd edib.
Cinayətin qeyri-adekvat vəziyyətdə törədilməsi istisna edilmir.
Hazırda Yekaterina Belskaya həbs edilib. O, ifadə verməkdən imtina edir. İstintaq dəhşətli qətlin bütün hallarını araşdırmağa davam edir və qızın əlbir olduğu şəxslərin ola biləcəyini istisna etmir.
Vilayət prokurorluğu rezonans doğuran işin istintaqını öz nəzarətinə götürüb.
Merin yoxa çıxmasını ilk dəfə Tarxovun keçmiş müavinlərindən biri - Aleksandr Kuznetsov qeyd edib. O, dekabrın 31-də kişini Yeni il münasibətilə təbrik edib, üç gündən sonra isə ad günü münasibətilə təbrik etməyə çalışıb, lakin Tarxov bütün zəngləri kəsib və "danışa bilmirəm", - deyə mesaj yollayıb.
Keçmiş müavin polisə ərizə yazdıqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Viktor və Natalya Tarxovların yaşadığı evdəki müşahidə kameralarının yazılarını izləyiblər. Onların diqqətini ayın əvvəlində kişinin həyat yoldaşı ilə mənzilə daxil olması və bir daha oradan çıxmamaları cəlb edib. Həmin mənzilə bir neçə dəfə onların 29 yaşlı nəvəsi də gəlib.
Cinayət işi fevralın 3-də açılıb, elə həmin gün Belskayanın ilk dindirilməsi keçirilib. Qız ifadə verməkdən imtina etdikdən sonra müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Fevralın 5-də Tarxovun nəvəsi iki ay müddətinə həbs edilib.
Mənbələr, həmçinin bildiriblər ki, Tarxovların mənzilində mübarizə və ya qan izləri aşkar edilməyib. Onların nəvəsinin evində ər-arvada məxsus sənədlər və telefonlar tapılıb.
Qeyd edək ki, Viktor Tarxov 2006-2010-cu illərdə Samara meri olub.(oxu.az)
Bakıda cərimə üstündə DAVA: qonşusunu öldürdü - TƏFƏRRÜATLAR
Polis əməliyyat keçirdi: İnsanları zəhərləyənlər saxlanıldı - VİDEO
Bakıda balta ilə polisə müqavimət göstərən şəxsə silah tətbiq edildi - SAXLANILANLAR VAR - VİDEO
Mən məcbur deyiləm sənin uşağının səsini eşidim - AVTOBUSDA DAVA - VİDEO
Sürücülər arasında dava – Ailəsinin yanında vurub qaçdı - VİDEO
Uşaqları dərsdən götürməyə getmişdilər, parkinqə görə dava düşdü - VİDEO
Otuz il əvvəl törədilmiş qətlin üstü açıldı - 2 nəfər həbs edildi
Hərəkətdə olan maşınların qarşısına çıxan piyada barmaqla yol istədi - VİDEO
Masazırda məktəblilər gölləri birləşdirib sosial şəbəkədə yaydı - VİDEO
Novxanı yol kənarında ölmüş itlər tapılıb - VİDEO
Xırdalanda qadına qarşı zorakılıq: Saçından tutub... - VİDEO








