Kimyəvi maddələrlə dolu çən partladı - 11 nəfər öldü

ABŞ-nin Lonqvyu şəhərində (Vaşinqton ştatı) yerləşən "Nippon Dynawave Packaging" sellüloz-kağız müəssisəsində kimyəvi maddələrlə dolu çənin partlaması nəticəsində 11 işçinin öldüyü təsdiqlənib. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "NBC News" telekanalı yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Qeyd olunub ki, ilkin olaraq iki işçinin meyiti tapılıb. Sonradan itkin düşən doqquz əməkdaşın da axtarışları dayandırılıb və onlar rəsmən həlak olmuş elan ediliblər. Yaralananların sayına gəldikdə isə hadisə nəticəsində biri yanğınsöndürən olmaqla ümumilikdə 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Qeyd olunub ki, çəndə təxminən 900 min qallon (təqribən 3.4 milyon litr) ağ qələvi kimyəvi məhlulu saxlanılıb. Bu maddə sellüloz istehsalında bişirmə prosesində istifadə olunur. Mütəxəssislərin təxmininə görə, çəndə hələ də 340 min litrdən çox kimyəvi maddə qalır. Ərazidə qeyri-stabil və sağlamlıq üçün təhlükəli şərait davam edir.
Azərbaycanlıların olduğu daha bir gəmiyə dron hücumu - VİDEO - FOTO
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ












