Kirayə ev axtaran qadın və qızı basqına məruz qaldılar

Sumqayıtda kirayə ev axtaran ana və qızı qarət ediliblər. Avtosfer.az-ın Oxu.az-a istinadən məlumatına görə, hadisə şəhərin 76-cı məhəlləsində baş verib. 1999-cu il təvəllüdlü Pərviz Əmirov (adı və soyadı şərtidir) valideynlərindən ayrılıb şəhər ərazisindəki kafedə işləyib. O, kafe sahibi və ofisiantlara kömək edərək, obyektdəki stulların düzülməsinə yardım edib, əvəzində isə gündəlik yeməyini pulsuz yeyirmiş. Bir müddət əvvəl şəhər sakinləri olan Dilarə Aydınova və qızı Sumqayıt şəhərində kirayə mənzil axtararkən həmin kafeyə gəliblər. Kafedə onları Pərviz qarşılayıb və kirayə ev tapa biləcəyini bildirib. Qadın və qızı Pərvizlə birlikdə kafedən çıxıb şəhərin 76-cı məhəlləsinə gəliblər. Pərviz bir qapını döyərək, guya həmin evin kirayə verildiyini bildirib. Bu vaxt Dilarə və qızı evin hasarının yanında oturub, Pərvizin evi kirayə danışmasını gözləyiblər. Qadın əlindəki torbasını yerə qoyarkən, Pərviz həmin torbanın içərisində pul olduğunu görüb. O, qadına nəsə soruşmaq adı ilə yaxınlaşıb, torbanı götürüb və hadisə yerindən qaçıb. Qadın qızı ilə birlikdə Pərvizin olduğu kafeyə gələrək, başına gələnləri kafe sahibinə danışıb. Kafe sahibi Pərvizə zəng vuraraq, qadının kafedə olduğunu və pulu gətirəcəyi təqdirdə polisə şikayət etməyəcəyini bildirib. Pərviz isə kafe sahibinə dostu İlkin Qurbanovun evində olduğunu bildirib.
Bir neçə dəqiqədən sonra kafe sahibi, zərərçəkmiş qadın və ev sahibi İlkin Qurbanov polis əməkdaşları ilə birlikdə evə gəliblər, Pərviz saxlanılıb. Məlum olub ki, Pərvizin oğurladığı torbanın içərisində qadına məxsus 4 500 manat olub.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmə istintaqı zamanı qadın təqsirləndirilən şəxsdən şikayətçi olmadığını bildirib. Məhkəmənin hökmü ilə Pərviz Əmirova 2 il 6 ay azadlığın məhdudlaşdırılması cəzası verilib və ona elektron qolbaq tətbiq edilib.
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












