Kişini maşınla vuraraq öldürən müəllimə: "Çaxır içib yas mərasiminə gedirdim"

Lənkəran Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Esmira Binnətəliyevanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az Pravda.az-a istinadla xəbər verir ki, hakim Cavid Səfərlinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 29 yanvar 2025-ci il tarixdə, saat 13:50-də Zərdab-Ağcabədi yolunun Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisində keçən hissəsində qeydə alınıb.
Belə ki, Esmira Binnətəliyeva sərxoş halda idarə etdiyi "Hyundai Accent" markalı avtomobillə yolun sağ kənarında dayanmış maşının qapısını açaraq düşən Rafiq Məmmədovu vurub. Nəticədə kişi hadisə yerində ölüb.
Hadisədən sonra Esmira Binnətəliyeva saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Məhkəmədə Esmira Binnətəliyeva özünü təqsirli bilərək ifadəsində göstərib ki, sürücülük təlimi məktəbində müəllim işləyib. O bildirib ki, qan azlığından əziyyət çəkdiyindən həkimin məsləhəti ilə yarım stəkan çaxır içib: "Sonra yaşadığım evdən çıxıb Ağcabədi rayonu, Hüsülü kəndində 40 mərasimində iştirak etmək üçün yola düşdüm. Həmin gün saat 13:50-də maşınla hərəkətdə olarkən nəqliyyat vasitəmin arxasında hərəkətdə olan "QAZel" markalı avtomobil ötmə əməliyyatına keçdi. Bu səbəbdən də həmin avtomobilə şərait yaradılmasından ötrü maşınımı yolun sağ kənarına çəkdim. Həmin vaxtı yol kənarında dayanmış "Mercedes Benz" markalı avtomobilin sürücüsünün qəfildən maşının qapısını açıb düşdüyünü gördüm. Həmin an dərhal ayağımı əyləcə sıxsam da, həmin şəxsi vurdum".
Təqsirləndirilən şəxs hazırda tutduğu əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını deyərək, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edib.
Azyaşlı uşaq ata-anasını yatılı qoyub səyahətə çıxdı; polisə düşdü - FOTO
Adına yük avtomobili rəsmiləşdirildiyindən ölkəni tərk edə bilmir - VİDEO
Avtomobil xarab oldu, 49 nəfər susuzluqdan öldü
İsti hava 101 nəfərin ölümünə səbəb oldu
Yanan elektromobili söndürənlərin də həyatı risk altındadır - VİDEO
Yumaq üçün təhvil aldığı maşından qızıl oğurladı; saxlanıldı - FOTO
Həmin gəmilərin vurulma anı - VİDEO
Yeniyetmələr onlara siqaret verməyən kişini daşqalaq etdi – Polis 4 nəfəri saxladı - VİDEO
Ölkədən qaçan gömrükçülər Ukraynada tutularaq Azərbaycana gətirildi
Yolu necə gəldi keçən qadın azyaşlı övladını da riskə atdı - VİDEO
İçkili halda maşın sürən qadın polisin “Saxla” əmrinə tabe olmadı – 557 min CƏRİMƏLƏNDİ - VİDEO










