Klinik Xəstəxanadakı ana ölümünün səbəbi - AÇIQLANDI

Akademik Mirqasımov adına Klinik Xəstəxanada Rübab Dadaşova adlı qadının doğuşdan sonra ölməsi ilə bağlı məlumat yayılıb. İddia edilib ki, hamilə qadın anamnez götürülmədən əməliyyata alınıb. Uşaq doğulduqdan sonra qadının epilepsiyası olub və ona naməlum iynə vurulub. Komaya girən R.Dadaşova yanvarın 2-i ölüb.
Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, 1 yanvar 2025-ci il saat 16:40 radələrində 2001-ci il təvəllüdlü, 37-38 həftəlik hamilə olan şəxs Respublika Klinik Xəstəxanasının Doğum şöbəsinə hospitalizasiya olunub.
“Qadın ilk doğuşunun qeysəriyyə kəsiyi əməliyyatı ilə həyata keçirildiyini, əvvəlki qeysəriyyə çapığı bölgəsində şiddətli ağrılar hiss etdiyini bildirib.
Pasiyentin ilkin müayinəsi aparılıb, zəruri laborator və instrumental analizlər yerinə yetirilib. Təcili olaraq əməliyyata alınan xəstədə əməliyyatın son mərhələlərində qıcolmalar müşahidə edilib. Bu səbəblə xəstəyə sedasiya tətbiq edilərək təcili olaraq Reanimasiya şöbəsinə köçürülüb. Reanimasiya şöbəsində də qıcolmalar davam edərək, vəziyyəti daha da ağırlaşan xəstəyə intubasiya tətbiq olunub, lakin qıcolmaların qarşısını almaq mümkün olmayıb. Ağırlaşmanın fonunda aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, xəstənin ölüm faktı qeydə alınıb.
Dəqiq diaqnozun təsdiqi üçün reanimasiya və əməliyyat zamanı toplanan klinik məlumatlar, histopatoloji və laborator analizlər həlledici rol oynayacaq. Hazırda bu səbəblərin araşdırılması, tam dəyərləndirilməsi üçün müvafiq istintaq və tibbi ekspertiza prosesi davam edir”, - məlumatda bildirilib.
Qeyd edilib ki, sözügedən şəxsin boyu 52 sm, çəkisi 3 kq. 400 qr. olan qız övladı dünyaya gəlib. Zəruri tibbi xidmətlər göstərilən, vəziyyəti qənaətbəxş olan körpə ambulator müalicə üçün evə buraxılıb.
(qafqazinfo)
Dörd maşın KÜLƏ DÖNDÜ - GÜCLÜ YANĞIN - VİDEO
Azərbaycanda ildırım yaşayış binasına düşdü - FOTO
Motosikletçi azyaşlı uşaqları ilə yolu keçən qadına görün necə kömək etdi - VİDEO
Daha bir ölkədə Eboladan ölüm qeydə alındı – RƏSMİ
Buzovnada 10 gündür qaranlığa qərq olan küçə təhlükə saçır - VİDEO
Hərəkətdə olan maşından tabut yola düşdü – VİDEO
Qayda pozan piyada yolun yarısından qaçaraq geri qayıtdı - VİDEO
Bu yolda çuxur sürücüləri “tələyə” salır: Təkərlər partlayır, qəzalar baş verir - VİDEO
Sürücülük vəsiqəsi üçün kömək vəd etdi; 900 manatını ələ keçirdi
Maşını yoxlanılan sürücü narkotiki postun ərazisinə atdı - FOTO
Daha bir azərbaycanlı Rusiya-Ukrayna müharibəsində öldü












