Klinikada iynə vurulan 72 yaşlı qadın öldü - YENİLƏNİB

Dünən saat 10:30 radələrində 1953-cü il təvəllüdlü şəxs (qadın) yüksək təzyiq şikayəti ilə bağlı Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 3 nömrəli Ailə Sağlamlıq Mərkəzinə müraciət edib. Xəstəyə həkim təyinatı əsasında “Aktoseril” preparatının inyeksiyası icra edilib.
Bu barədə Avtosfer.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
İnyeksiya zamanı xəstənin halı pisləşmiş, qəfil və sürətlə inkişaf edən anafilaktik şok reaksiyası baş verib..
Tibb personalı tərəfindən anafilaktik vəziyyətlərlə bağlı mövcud klinik protokollara uyğun olaraq dərhal təcili tibbi yardım tədbirləri görülmüş, pasiyentin həyat fəaliyyətinin bərpası üçün bütün zəruri müdaxilələr ardıcıl şəkildə icra edilib.
Bütün reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq saat 11:30 radələrində şəxsin bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt şəhər şöbəsinə təhvil verilib.
"Qeyd edək ki, prosedur tibbi təyinat və elektron qeydiyyat əsasında, preparatın seriya nömrəsi və yararlılıq müddəti yoxlanıldıqdan sonra sanitariya-gigiyena tələblərinə tam riayət edilməklə sertifikatlı tibb bacısı tərəfindən icra olunub.
İnyeksiya otağı normativlərə uyğun şəkildə təchiz edilmiş, o cümlədən anafilaktik şok zamanı tələb olunan adrenalin, antihistamin preparatlar, tibbi avadanlıq və reanimasion vasitələr tam hazır vəziyyətdə olub.
Hadisə baş verən anda tibbi heyət tərəfindən Təcili Yardım Protokolları üzrə bütün müvafiq müdaxilələr vaxtında və düzgün şəkildə həyata keçirilib", - məlumatda qeyd olunub.
***11:36
Sumqayıtda klinikaların birində ölüm qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, hadisə ötən gün saat 11 radələrində şəhərdəki 45-ci məhəllənin ərazisində yerləşən 3 saylı Ailə Sağlamlıq Klinikasında baş verib.
Belə ki, Sumqayıt sakini 1953-cü il təvəllüdlü Nigar Ağabəy qızı Babaxanova klinikada ona vurulan iynənin təsirindən vəfat edib.
Faktla bağlı araşdırma aparılır./qafqazinfo
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












