Körpə ölümünün təfərrüatı məlum olub: Rusiyadan toya gəliblərmiş

Şəki rayonunda baş verən körpə ölümü hadisəsinin təfərrüatı məlum olub.
Avtosfer.az Bizim.media-ya istinadən xəbər verir ki, körpənin ailəsi Rusiya Federasiyasında yaşayırmış və onlar doğma kəndlərində keçiriləcək toy mərasimində iştirak etmək üçün Azərbaycana gəliblər.
Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən rəsmi məlumata əsasən, 2025-ci il təvəllüdlü qız uşağı əvvəlcə saat 23 radələrində ailə üzvləri tərəfindən Qax RMX-yə çatdırılıb. Tibb işçiləri körpənin vəziyyətinin ağır olduğunu qeyd ediblər.
Həkimlərin müayinəsi zamanı aşkar edilib ki, körpədə həyat əlamətləri artıq yoxdur, bəbəkləri genişlənib, ətraf mühit və xarici təsirlərə reaksiya vermir, dodaqları isə sianozu (göyərməni) əks etdirir.
Tibb heyəti körpənin bioloji ölüm faktını təsdiqləsə də, ailə üzvləri saat 23:40-da Qax RMX-ni tərk ediblər.
Daha sonra körpəni gecə saat 00:20-də Şəki RMX-nin Təcili tibbi yardım şöbəsinə aparıblar. Burada da həkimlər körpənin artıq həyatda olmadığını təsdiq ediblər.
Hazırda hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, Şəki rayonunda 2025-ci il təvəllüdlü Aişə Qoşqar qızı Zəkəriyayeva vəfat edib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












