Mağazada satıcıya qışqıran müştəri - 150 manat cərimə edildi

Tikinti materialları mağazasında satıcıya qarşı xuliqanlıq hərəkətləri etmiş alıcı məsuliyyətə cəlb olunub.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə Bakı şəhəri Xətai rayonu Babək prospektində yerləşən mağazaların birində baş verib. Oraya gələn Füzuli rayonu Pirəhmədli kənd sakini 1977-ci il təvəllüdlü H.Kərimov (şərti) xanım satıcının verdiyi suala əsəbiləşərək qışqırmağa və onu təhqir etməyə başlayıb. İctimai yerdə xuliqanlıq etdiyinə görə ərazidəki polis əməkdaşı H.Kərimova yaxınlaşıb və mübahisəyə son qoyub.
37-ci Polis Bölməsinə dəvət edilən vətəndaş barəsində inzibati protokol tərtib edilərək Xətai Rayon Məhkəməsinə göndərilib.
Satıcı ifadəsində bildirib ki, müştəri yaxınlaşaraq almaq istədiyi malın adını söyləyib. Bu zaman ona həmin malın hansı növündən istədiyini soruşduqda H.Kərimov əsəbiləşərək qışqırmağa başlayıb. Zərərçəkmiş şəxs 48 yaşlı kişi barəsində tədbir görülməsini xahiş edib.
Məhkəmənin qərarı ilə H.Kərimov 150 manat cərimə olunaraq sərbəst buraxılıb.
Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO - YENİLƏNİB
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












