Mağazadan 6500 manatlıq oğurluq etdi, "mənə borcu var" dedi

Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərə "N 1” ərzaq mağazasında oğurluq baş verib.
Avtosfer.az-ın "Qaynarinfo"ya istinadən məlumatına görə, mağazadan 1600 manat nağd pul olmaqla ümumilikdə 6500 manatlıq oğurluq edilib.
Hadisə barədə polisə məlumat verildikdən sonra oğurluq edən şəxs müəyyən edilərək saxlanılıb. Məlum olub ki, həmin şəxs mağaza sahibinin tanışıdır.
Ona Cinayət Məcəlləsinin 177.2.3 (Oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) və 177.2.4-cü (Oğurluq - xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Həmçinin məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Cinayət işinə Xəzər Rayon Məhkəməsində hakim Toğrul Məmmədovun sədrliyi ilə baxılıb. Məhkəmə zamanı Rafail adlı müttəhim özünü verilmiş ittiham üzrə təqsirli bilməyib. Deyib ki, mağazanın şəriki olub. Ortağının ona 900 manat borcu yaranıb. O da borcun əvəzinə mağazadan müxtəlif mallar götürüb. Lakin zərərçəkmiş şəxs isə onun dediklərini təkzib edib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 2 il müddətinə azadlıqdan məhrum edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












