Maşın çaya aşdı, 6 nəfərlik ailə boğuldu

Malayziyada Hedad Sultanlığından olan itkin düşmüş ailə çayda batan, içərisi su ilə dolu avtomobildə tapılıb.
Avtosfer.az xarici mediaya istinadla bildirir ki, iyulun 4-də Məhəmməd Azim İzət İsxaq, həyat yoldaşı Nurul və onların dörd övladı – böyüyü yeddi, kiçiyi isə cəmi altı aylıq olmaqla – kişinin bacısının yaşadığı Taman-Seri-Aman adlı yaşayış məntəqəsində qonaq olublar. Bacısı onları bir qədər daha çox qalmağa, yaxşıca dincəlməyə razı salmağa çalışsa da, onlar səhər saat altıya yaxın, təxminən 05:30-da erkən yola çıxmağa qərar veriblər.
Bir neçə saat sonra məlum olub ki, İsxaq ailəsi ilə birlikdə evə çata bilməyib. Onunla əlaqə saxlamaq mümkün olmayıb. İyulun 5-də qohumları polisə müraciət ediblər. İyulun 7-də isə yol kənarındakı çayın dibində, su ilə dolmuş avtomobildə kişi, qadın və uşaqlara aid cəsədlər aşkar edilib. Avtomobili tapmaq yalnız suyun səviyyəsi azaldıqdan sonra mümkün olub – çünki o zaman maşının damı suyun səthindən görünməyə başlayıb.
İstintaq müəyyən edib ki, güclü yağışlar nəticəsində çaydakı suyun səviyyəsi adi haldan daha yüksək olub və İsxaq sükanı itirərək avtomobili çaya aşırıb.(lent.az)
Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi - VİDEO
Yeni Günəşliyə təzə yol çəkdilər, amma zolaqları bölə bilmədilər - VİDEO
Siqaretə görə anasına yeddi bıçaq zərbəsi vurdu - Masallıdakı cinayətin təfərrüatı
Yeni Günəşlidə insident: İki nəfər əlbəyaxa oldu - ANBAAN VİDEO
Ceyranbatanda bir neçə şagird rotavirusa yoluxub - RƏSMİ - YENİLƏNİB
Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB - VİDEO
Ziya Bünyadov prospektindəki problem sürücülərə baha başa gəlir - VİDEO
Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO












