Maşın vuran 15 yaşlı qız həyatını itirib - VİDEO

Türkiyənin Tekirdağ vilayətinin Çorlu rayonunda baş verən yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.
Avtosfer.az xarici mediaya istinadla xəbər verir ki, hadisə ötən gün saat 18:30 radələrində Ergene-Çorlu dairəvi yolunda qeydə alınıb. Yolun qarşı tərəfinə keçmək istəyən 15 yaşlı Rabia Celili O.Ç.-nin idarə etdiyi 59 APD 086 dövlət nömrə nişanlı avtomobil vurub.
Zərbənin təsirindən yeniyetmə qız yol kənarına atılıb. Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub. Həkimlərin apardığı müayinə zamanı Rabia Celilin hadisə yerində həyatını itirdiyi müəyyən edilib.
Qəza yerinə gələn yaxınları böyük sarsıntı yaşayıb. Valideynlərinin əsəb böhranı keçirdiyi və səhhətlərinin pisləşdiyi bildirilib.
Mərhumun meyiti hadisə yerində aparılan araşdırmalardan sonra ekspertiza üçün Çorlu Dövlət Xəstəxanasının morquna göndərilib.
Avtomobilin sürücüsü O.Ç. polis tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma davam etdirilir./Sonxeber.az
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı
Şamaxıda 18 yaşlı gənc vəhşicəsinə döyülüb - VİDEO












