Maşınını qaçırdığına görə qohumunu bıçaqladı

Maşınını qaçırdığına görə qohumunu bıçaqlamaqda təqsirləndirilən Aqil Şərifovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Firdovsi Əliyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin atası dindirilib.
Şahid qismində ifadə verən Rahim Hüseynov təqsirləndirilən şəxslə qohum olduqlarını bildirib:
" Axşam saatlarında yatmışdım. Birdən qapı döyüldü bu təqsirləndirilən şəxsi gördüm. Bizə gəlməyinə səbəb oğlumun onun avtomobilini icazəsiz sürməsi və götürüb qaçması idi. İçəri dəvət etdim. Təqsirləndirilən şəxs içkili idi amma özünü idarə edə bilirdi. Oğlumla dalaşdılar. Mən onları ayırdım, lakin oğlumun boğazından bıçaqla xəsarət yetirmişdi".
Şahid onu da bildirib ki, təqsirləndirilən şəxslə barışıblar və heç bir şikayəti yoxdur.
Məhkəmənin növbəti iclası mayın 26-na təyin edilib.
Sumqayıtda tapılan telefon iki dostu düşmən etdi: Qanlı hadisənin təfərrüatı
Avtomobili özündən xəbərsiz satışa çıxarıldı - VİDEO
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ












