Maştağada 450 manata görə baş verən amansız qətlin TƏFƏRRÜATI - VİDEO

Bakıda 75 yaşlı qadına qarşı quldurluq edərək, onu amansızlıqla öldürməkdə təqsirləndirilən Süleyman Cəbiyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə baş tutan iclasda təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib və həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilib. Məhkəmənin ilk baxış iclası noyabrın 7-nə təyin edilib.
Qeyd edək ki, hadisə 2025-ci il mayın 28-də Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verib. 75 yaşlı Jalə Əskərxanovanın meyiti mənzilində aşkar olunub. İlkin araşdırmalar onun bir neçə gün əvvəl bıçaqla öldürüldüyünü göstərib. Şübhəli şəxs kimi qonşusu, əvvəllər oğurluqda məhkum olunmuş 30 yaşlı Süleyman Cəbiyev tutulub. İstintaqa görə, Süleyman Cəbiyev hasardan aşaraq qadının evinə girib, onun boğazından tutaraq pulların yerini soruşub və daha sonra qadına bir neçə bıçaq zərbəsi endirib. O, paltar dolabından 450 manat pul götürərək, hadisə yerindən qaçıb. Hadisədən 4 gün sonra mərhumun yaxınları Jalə Əskərxanovanın onların zənglərinə cavab verməməsinə görə onun evinə gələrək meyitini aşkar ediblər. Süleyman Cəbiyev ifadəsində bildirib ki, o, qonşusunu tamah məqsədilə yox, hadisədən bir neçə gün əvvəl onu söydüyü üçün öldürüb. Buna görə də qadının evinə gəlib. Məsələyə aydınlıq gətirmək istəyəndə isə qadın onu yenidən təhqir edib. Bundan sonra Süleyman Cəbiyev qadına xəsarətlər yetirib. Süleyman Cəbiyevə qarşı Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə, o cümlədən xüsusi amansızlıqla adam öldürmə və quldurluq ittihamları irəli sürülüb.
Daha ətraflı Baku TV-nin süjetində:
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












