Mebel şirkətinin "sahibi"ndən 2000 manatlıq dələduzluq

"Stil Mebel” şirkətinin adından dələduzluq edən şəxsə hökm oxunub. Avtosfer.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, Xəzər Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 178.1-ci (Dələduzluq) maddəsi ilə mühakimə olunan Sahil Əliyevə (ad və soyad şərtidir) 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.
Sahil Əliyev bundan əvvəl Abşeron Rayon Məhkəməsinin hökmü ilə 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu üçün cəzalar qismən toplanılıb və ona 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun şübhəli şəxs qismində tutulduğu, həbsdə və ev dustaqlığılnda olduğu cəmi 2 ay 19 gün 1 günə 2 gün hesabı ilə təyin edilmiş cəzadan çıxılıb və üzərində 1 il 3 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
İş materiallarına görə Sahil Əliyev zərərçəkmişə özünü "Stil Mebel” şirkətinin sahibi kimi təqdim etməklə ondan sifariş götürüb və beh olaraq 2000 manat alıb. Lakin sonradan qarşı tərəf onun yalan danışdığını anlayıb və polisə müraciət edib.
Sahil Əliyev bir neçə dəfə aidiyyəti üzrə polis bölməsinə çağırılsa da, getməyib. Daha sonra polis əməkdaşları onu saxlayıb.
Məhkəmə zamanı Sahil Əliyev özünü verilmiş ittiham üzrə təqsirli bilməyib. Lakin ibtidai istintaq zamanı bunun əksinə ifadə verib. Deyib ki, verdiyi vədə əməl etəməyib və aldığı pulları şəxsi ehtiyaclarına xərcləyib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












