"Medi Hall"da estetik əməliyyat olunan qadın öldü - Prokurorluq araşdırmaya başladı

Bakının Səttar Bəhlulzadə küçəsində fəaliyyət göstərən "Medi Hall" hospitalında fevralın 10-da həyata keçirilən bədənşəkilləndirmə əməliyyatı faciə ilə nəticələnib - pasiyent dünyasını dəyişib.
Ölüm faktı ilə əlaqədar Analitik Ekspertiza Mərkəzi (AEM) rəsmi mövqeyini açıqlayıb.
Qurumdan bəyan edilib ki, "Medi Hall" hospitalında yaşananlar Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən nəzarətə götürülüb və səlahiyyətlər çərçivəsində bütün məsələlər ciddi şəkildə araşdırılır.
Rəsmi məlumatda xüsusi vurğulanıb ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 201.1-ci maddəsinin tələblərinə uyğun olaraq, istintaq sirri sayılan detalların kənara sızması qanunla qadağandır:
"Bu xarakterli məlumatlar yalnız istintaqı aparan orqanın xüsusi icazəsi olduğu təqdirdə ictimaiyyətə açıqlana bilər"./oxu.az
***11:44
Fevralın 10-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşən "Medi Hall Hospital”da əməliyyat olunmuş 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın 3 gün sonra həmin klinikada ölməsi faktı ilə bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, hadisənin səbəbi tam, hərtərəfli və obyektiv araşdırılaraq nəticəsi barədə müvafiq qərarın qəbul olunması təmin ediləcəkdir.
***11:11
Bakıda estetik əməliyyat etdirən qadın vəfat edib.
Avtosfer.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda baş verib.
Belə ki, fevralın 10-da Səttar Bəhlulzadə küçəsində yerləşən "Medi Hall" hospitalda bədənşəkilləndirmə əməliyyatı edilən 1983-cü il təvəllüdlü Nigar İsmayılovanın vəziyyəti kəskin pisləşib.
Tibbi müdaxiləyə baxmayaraq, o, fevralın 13-də vəfat edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Bakıda bu bağçada uşaqlara zorakılıq edilir: Döyülür, hədə-qorxu gəlinir - VİDEO
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO












