Məhkəmə avtobusda baş verən bıçaqlama ilə bağlı qərar çıxardı

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Orxan Abdullayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Avtosfer.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, hadisə 25 yanvar 2025-ci il tarixdə, saat 11 radələrində Biləsuvar rayonu, Aranlı kəndi ərazisində marşrut xətti üzrə hərəkətdə olan "Mercedes-Benz" markalı mikroavtobusun salonunda qeydə alınıb.
Belə ki, Orxan Abdullayev mikroavtobusun salonunda zərərçəkmiş Vadər Həmidovu görüb. Təqsirləndirilən şəxs zərərçəkmişin atası Cavid Həmidovun onun atası Əsgər Abdullayevi 2023-cü il tarixdə öldürməsini bəhanə edib. O, Vadərin ünvanına nalayiq sözlər deyib, üzərində olan bıçaqla zərərçəkmişin döş qəfəsinin sol yan nahiyəsinə və sol qol nahiyəsinə vuraraq xəsarətlər yetirib.
Biləsuvar Rayon Məhkəməsinin hökmü ilə Orxan Abdullayev 2 il müddətinə azadlıqdan məhrum edilib.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












