Banner

Məktəbdə jurnalistlərə hücum edənlər KİMDİR? - VİDEO

Hadisə 29 Oktyabr 2026 09:36
Məktəbdə jurnalistlərə hücum edənlər KİMDİR? - VİDEO
WhatsApp kanalımıza abunə olun

Oktyabrın 29-da "Real TV"nin əməkdaşları paytaxtın Yasamal rayonunda 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə bağlı çəkiliş apararkən hücuma məruz qalıblar. Şagirdləri hücuma təşviq edən şəxs məktəbin qarovulçusu olub.

Avtosfer.az xəbər verir ki, bu barədə telekanalın müxbiri Nigar Namiq feysbuk hesabında paylaşım edib:

"Əməkdaşımız naməlum şəxslər tərəfindən təpikləndi, başından və üzündən xəsarətlər aldı. Biz vəzifəmizi yerinə yetirib, üstəlik həssas məsələ olduğu üçün etik çərçivələr daxilində çəkiliş aparan zaman belə bir halla qarşılaşdığımız üçün çox təəssüf edirəm. Şəkildəki kişi, qırmızı gödəkçəli oğlan da daxil olmaqla bir neçə nəfəri provokasiya edərək bizim hücuma məruz qalmağımıza şərait yaratdı. Bir də gördüm ki, əməkdaşımız təpiklənir, tapdalanır.

Mənim onları aralaşdırmağa gücüm çatmadı. Əlimdən yalnız özümü itirməyib "102"yə məlumat vermək gəldi. Bu zaman da kənardan nə məktəb işçiləri, valideynlər müdaxilə etdi, nə də jurnalistlər. İnsident törədənləri polis saxladı", - deyə jurnalist bildirib./redaktor.az

***

Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə “Real TV”nin əməkdaşlarına hücum olub.

Avtosfer.az xəbər verir ki, bu gün həmin təhsil müəssisəsinin 7-ci sinif şagirdi məktəbdə bədbəxt hadisə nəticəsində həyatını itirib.

Telekanalın əməkdaşları hadisə ilə əlaqədar çəkiliş aparmaq üçün məktəbə gediblər. Lakin orta məktəbin mühafizəçisinin təkidi ilə bir qrup şəxs həyətdə çəkiliş qrupuna hücum edib.

Hadisə nəticəsində televiziyanın operatoru müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Jurnalistlər dərhal DİN-in “102” Xidmətinə məlumat veriblər və hadisə çevik qaydada nəzarətə götürülüb. Mətbuat nümayəndələrinə qarşı hüquqazidd əməl törətmiş şəxslər barəsində məsuliyyət tədbirləri görülür.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, polis tərəfindən saxlanılanlar var. Araşdırma aparılır.

***

“Space TV”dən bildirilib ki, hadisə zamanı onların da çəkiliş qrupu hücuma məruz qalıb.

 

 

 

Oxunub : 102
ŞƏRH YAZ
Ad

E-mail

Şərh