Məktəbdə jurnalistləri döyən gənc boksçu imiş - FOTO

Ötən gün Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə “Real TV”nin çəkiliş qrupuna hücum olub.
Avtosfer.az “Trend”ə istinadən xəbər verir ki, hadisədə iştirak etdiyi bildirilən şəxslərdən biri – H.Tağılı peşəkar boksla məşğul olur. Onun Azərbaycan Boks Federasiyasının tədbirlərində iştirak etdiyi, həmçinin uşaq futbol klublarından birində oynadığı bildirilir.
Sözügedən insidentdən bir neçə saat sonra onun sosial şəbəkədə hadisə ilə bağlı bir paylaşıma rəy yazdığı da məlumdur.
Belə ki, o, görüntüləri şərh edən internet istifadəçilərinə “Instagram” profilindən “heç kim bilib-bilmədən fikir bildirməsin”, - deyə yazıb.
Xatırladaq ki, 225 saylı orta məktəbdə jurnalistlərə hücum ötən gün məktəbin 7-ci sinif şagirdinin dərs zamanı pəncərədən yıxılması ilə bağlı əraziyə gələn televiziya çəkiliş qruplarının iştirakı ilə baş verib.
Məlumata görə, məktəbin həyətində jurnalistlərlə bir qrup şəxs arasında qarşıdurma yaranıb. İnsident zamanı “Real TV”nin operatoru və stajoru döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Həmçinin “Space” telekanalının əməkdaşının da döyüldüyü deyilir.
Faktla bağlı polis tərəfindən saxlanılanların olduğu bildirilir. Hazırda araşdırma aparılır.


Qaradağın bu qəsəbəsi palçığa qərq olub – Sakinlər çıxış yolu gözləyir - VİDEO
Telefonla danışan maşinist 79 nəfəri ölümə apardı - FOTO - VİDEO
Bakıda məktəbdə hadisə: ÖLƏN VAR - YENİLƏNİB
Özünü maşınların önünə atan qadın az qala vurulacaqdı - VİDEO
Xırdalanda iki həftədir düzəlməyən işıqfor qəza riski yaradır - VİDEO
Səbailin icra başçısı inzibati xəta törədib - Cərimə oluna bilər
Qobuda qaranlıq küçələr, əyilmiş dirəklər – Təhlükə göz görə-görə qalır - VİDEO
Yaşıl işıqda “yatan” sürücü arxadakı maşınları gözlətdi - VİDEO
Bakıda işıq olmadığlı üçün "svetafor" işləmədi - Sıxlıq yarandı - VİDEO
Xırdalanda sürücülərin kabusuna çevrilən yol: Hər an ağır qəza ola bilər - VİDEO - YENİLƏNİB
Tovuzda dəhşət yaşandı - Bıçaqlananlar var…












