Məmmədli sakinlərinin nəqliyyat PROBLEMİ: "Avtobuslar kəndə girmir"

Abşeron rayonunun Məmmədli qəsəbəsində yolun yararsız vəziyyətdə olması səbəbindən sakinlər ictimai nəqliyyatdan istifadə edə bilmirlər.
Avtosfer.az-ın məlumatına görə, oxu.az-ın qaynar xəttinə daxil olan şikayətdə bildirilir ki, 217 nömrəli marşrut avtobusu kəndin içinə daxil olmur.
"İctimai nəqliyyatdan istifadə imkanlarımız məhdudlaşdırıb. Avtobusun kənd ərazisinə daxil olmaması, xüsusilə yaşlıların, məktəblilərin və işə gedib-gələn kənd camaatının hərəkətində ciddi çətinliklər yaradır", - deyə şikayətdə bildirilir.
"BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva bildirib ki, Məmmədli qəsəbəsi yolunda mövcud olan əlverişsiz hərəkət şəraiti nəzərə alınaraq, sərnişindaşımanın təhlükəsizliyini təmin etmək məqsədilə 217 nömrəli marşrut xəttinin hərəkətində müvəqqəti dəyişiklik icra olunub.
"Yenilənmiş sxemə uyğun olaraq, avtobusların hərəkəti aşağıdakı qaydada təşkil olunur. Metronun "Koroğlu" stansiyası istiqamətindən səfərə başlayan avtobuslar Kürdəxanı yolu ilə düz hərəkət edərək Pirşağı-Böyükşor yolundakı dairədən geridönüş edir, Pirşağı yolu ilə düz gəlib sağa dönərək Məmmədli yoluna daxil olurlar. Məmmədli qəsəbəsi istiqamətindən (əks istiqamət) səfərə başlayan avtobuslar isə "Yanardağ" şadlıq sarayına qədər hərəkət edir, daha sonra geridönüş edərək Məmmədli yolundan Pirşağı yoluna daxil olur və Kürdəxanı yolu istiqamətində hərəkəti davam etdirirlər. Yol infrastrukturundakı vəziyyətlə bağlı tətbiq olunacaq dəyişikliklər barədə ətraflı məlumatlar "BakuBus Official" "Telegram" kanalında operativ şəkildə paylaşılır.
Əlavə olaraq bildiririk ki, qeyd olunan yolun mövcud vəziyyətinin yaxşılaşdırılması və təmiri "BakuBus" MMC-nin səlahiyyətlərinə daxil olmadığından, məsələ ilə bağlı aidiyyəti quruma müraciət etməyiniz xahiş olunur", - deyə Ə.Əliyeva bildirib.
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












