Məmur arvadını və ustanı güllələyərək QƏTLƏ YETİRƏN şəxsin ömürlük həbs qərarı LƏĞV EDİLDİ

Qətl törədək ömürlük azadlıqdan məhrum edilən Asəf Məmmədovun cəzası 20 ilə endirilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.
Qərara əsasən, aşağı instansiya məhkəməsinin çıxardığı hökm tamamilə ləğv edilib və həbs qərarı 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz olunub.
Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs ömürlük məhkum edilib.
Gəncə Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.
İttihama görə, 2023-cü il fevralın 19-u saat 09:40-da Tərtər rayon sakinləri 1981-ci il təvəllüdlü Gülnar Məmmədovanın və 1991-ci il təvəllüdlü Namiq Allahverdiyevin ölməsinə dair məlumat daxil olub.
Tərtər Rayon Prokurorluğu və rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində Namiq Allahverdiyevin odlu silahla, Gülnar Məmmədovanın isə kəsici-deşici alətlə sonuncunun əri 1979-cu il təvəllüdlü Asəf Məmmədov tərəfindən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisənin qısqanclıq zəminində törədilməsi bildirilir.
Qeyd edək ki, qətlə yetirilən 42 yaşlı Gülnar Məmmədova Tərtər Rayon İcra Hakimiyyətində (RİH) çalışırmış. O, RİH-in Sosial-İqtisadi İnkişafın Təhlili və Proqnozlaşdırılması Şöbəsinin baş məsləhətçisi olub.
Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












