“Məni döydü, yoldaşımın da dişi qırıldı” - Valideyn loqoped-psixoloqdan şikayətçidir - VİDEO

Sumqayıtda fəaliyyət göstərən loqoped-psixoloq Türkan Mehdizadəyə müraciət edən iki yaşlı uşağın valideynləri ciddi iddia ilə çıxış ediblər.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, sosial şəbəkədə paylaşım edən ata Nahid Eyvazovun sözlərinə görə, T.Mehdizadənin videoçıxışlarını “Tik-Tok”da görüb və əlaqə yaradıblar.
Mübahisə isə övladına göstərilən xidmətdən narazılığa görə başlanıb: “Məni öz işçisi ilə birlikdə döydü. Mən onlara əl qaldırmadım. Hadisə uşağımın gözü qarşısında baş verdi və nəticədə yoldaşımın dişi də qırıldı. Mənə söyüş söydü, mən də onun söyüşünə cavab verdim. İşçisi məni vurdu, amma mən qadın olduğu üçün ona qarşılıq vermədim. Baxın, bura loqoped mərkəzidir. Uşağımı müalicə üçün bura gətirirəm. Uşağım üçün deyir ki, ağırdır, otağa sala bilmərəm. Bildirir ki, qanaxmam var. Mən də deyirəm ki, qanaxman varsa, niyə işə gəlirsən? Bu xidmət üçün 550 manat ödəmişəm, əlavə olaraq 100 manat da vermişəm. Ümumilikdə 650 manat pul ödəmişəm. Amma mənimlə danışıq tərzi belədir”.
Nahid Eyvazov əlavə edib ki, məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına da müraciət edib.
İttihamlarla əlaqədar Türkan Mehdizadə ilə əlaqə saxlamağa çalışsaq da, cavab ala bilmədik.
***
Məsələ ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












