Mərhumun anası fəryad edir, atası “buraxın, getsin” deyir... - VİDEO

Sabunçu rayonunun Balaxanı qəsəbəsində dostunu amansızlıqla öldürməkdə ittiham olunan 18 yaşlı Rəhim Əsədovun məhkəmə istintaqı başlayıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk baxış iclasında prokuror ittiham aktını elan edib.
Rəhim ittihama münasibətdə özünü tam təqsirli bilib, həmyaşıdı Rəşid İmanovu öldürdüyünü etiraf edib. Rəhim sərbəst ifadəsində Rəşidi ona borca pul vermədiyinə və söydüyünə görə qətlə yetirdiyini deyib.
Danışdıqlarından məlum olub ki, zərərçəkmişlə hadisədən 20 gün əvvəl tanış olubmuş: “Bir-birimizi instaqramda tanımışıq. Xeyli yazışdıqdan sonra ondan borca pul istədim. Birinci dəfə borc verdi, dediyim vaxtda da qaytardım. Üstündən bir neçə gün keçdikdən sonra yenə pul lazım oldu. Bu dəfə ona müraciət edəndə dedi ki, gəl Balaxanıya, götür. Dediyi yerə getdim, amma pulu verməkdən imtina etdi. Nəsə mübahisə etməyə başladıq. Mənə qeyrət söyüşü söydü. Bundan sonra özümdən çıxdım. Yerə yıxıb bıçaqla boynuna iki zərbə vurdum. Öləndən sonra da izi itirmək üçün onun telefonunu, həmçinin cibindəki 3 manat pulu götürüb qaçdım”.
Təqsirləndirilən şəxs cinayətin necə baş verdiyini danışarkən, mərhumun zalda əyləşən anası Günel İmanova və babası hisslərini cilovlaya bilməyiblər. “Biz 18 il yetimçiliklə uşaq böyütmüşük. Necə rahat danışa bilərsən?”, - deyə qohumlar səslərini yüksəldiblər.
Məhkəməyə sədrlik edən hakim qohumlardan sakit olmalarını tələb edib.
Öldürülən gəncin atası Elçin İmanov prosesin davamında ifadə verib. Bundan əvvəlki iclasda o, oğlunu öldürməkdə ittiham edilən şəxsdən şikayətçi olmadığını, hüquqi varislikdən imtina etmək istədiyini demişdi.
Ata İmanov bu gün də əvvəl dediklərinin üstündə dayanıb. O, yenə də təqsirləndirilən şəxsin azadlığa buraxılmasını xahiş edib: “Ona heç bir sualım yoxdur. Cavan uşaqdır. Bildiyimə görə, anası da xəstədir. Buraxın, getsin. Ola bilərdi ki, mənim oğlum da onu öldürərdi. Biri ölüb, o biri yaşasın. Mən də dustaq olmuşam, onun yerində dayanmışam. Onu bağışlayıram”.
Rəhim də öz növbəsində şüşə qəfəs arxasından ataya təşəkkür edib.
Qeyd edək ki, Rəşid İmanovun anket məlumatlarından aydın olub ki, o özü də qəsdən adam öldürdüyünə görə 12 il həbsdə olub. Oğlunun 5 yaşında həbsxanaya düşən ata, onun ölümündən 9 gün sonra cəzasını tam başa vuraraq azadlığa buraxılıb.
Xatırladaq ki, bu hadisə 4 ay əvvəl baş verib. Təqsirəndirilən gəncə əvvəl 120-ci maddənin yüngül bəndi ilə cinayət işi başlansa da, istintaqın gedişində ona ağır maddələrlə yekun ittiham elan edilib.


Abşeronda binada partlayış baş verib: Xəsarət alan var - VİDEO
Bakıda avtobus ağır qəzaya düşdü - Yaralılar var - VİDEO - YENİLƏNİB
Kristal Abşeronun həyətində xaos: Hərəkət çətinləşdi - FOTO
Avtobus palçıqlı yolda batdı - VİDEO
Gəncədə itə qarşı amansızlıq: İşgəncəyə məruz qalan heyvan öldü - VİDEO
Gənc qadın 90-lıq yolda təhlükəli anlar yaşatdı - ANBAAN VİDEO
Maşında həyat yoldaşına şiddət göstərən rəqqas SAXLANILDI - VİDEO - YENİLƏNİB
TIR sürücüsü beton piltəni magistral yolda sürüdü - VİDEO
Xəbər aparıcısı polisdən qaçarkən qəza törətdi - FOTO
Bu qəsəbədə sürücülər asfaltsız yoldan, piyadalar səkisizlikdən əziyyət çəkir - VİDEO
Xırdalanda avtomobil qadını vurub ÖLDÜRDÜ












