Məşhur avtoidman pilotu 41 yaşında öldü

Milli Seriya Avtomobil Yarışları Assosiasiyasının (NASCAR) ikiqat çempionu, məşhur amerikalı pilot Kayl Buş 41 yaşında vəfat edib.
Avtosfer.az xəbər verir ki, təşkilatın mətbuat xidməti bununla bağlı rəsmi açıqlama yayıb:
"Dərin kədər və ağrı hissi ilə Kubokun ikiqat çempionu, idmanımızın ən böyük və qorxmaz yarışçılarından biri olan Kayl Buşun vəfat etdiyini bildiririk. Onun cəmi 41 yaşı var idi. Biz Buş ailəsinə, "Richard Childress Racing" komandasına və bütövlükdə avtoidman ictimaiyyətinə başsağlığımızı çatdırırıq".
Məşhur pilotun ölümünün dəqiq səbəbi hələlik açıqlanmır. Lakin bir müddət əvvəl idmançının ağır xəstəlik səbəbindən xəstəxanaya yerləşdirildiyi məlum idi.
Qeyd edək ki, Kayl Buş 2003-cü ildən etibarən NASCAR yarışlarında çıxış edirdi. O, 2015 və 2019-cu illərdə zirvəni fəth edərək "NASCAR Cup Series"in ikiqat çempionu adını qazanıb. Onun peşəkarlığı 2023-cü ildə bir daha etiraf edilib və Buş NASCAR tarixinin ən böyük 75 yarışçısı siyahısına daxil olunub.
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB
DİN və ETSN birgə əməliyyat keçirdi - Saxlanılanlar var - VİDEO
Maşının nömrəsini oğurlayıb pul tələb etdilər - Polis saxladı












