Məşhur müğənni rus musiqisinə görə taksi sürücüsü ilə mübahisə etdi - FOTO

Ukraynalı müğənni, “Vivienne Mort” qrupunun solisti Daniella Zayuşkina (əsl adı – Daniella Duşenko) rus musiqisi üstündə taksi sürücüsü ilə mübahisə edib.
Avtosfer.az UNİAN-a istinadən xəbər verir ki, münaqişənin videosu “Syaevo” adlı TikTok hesabında yayılıb.
Kadrlarda Zayuşkinanın taksi sürücüsü ilə Rusiyanın estrada qrupu “Ruki Vverx”in mahnısına görə mübahisə etdiyi görünür.
Müğənni təəccübünü gizlətməyərək bildirib ki, ölkə müharibə şəraitində olarkən avtomobildə “Kroşka moya, ya po tebe skuçayu” sözləri səslənən mahnı dinləmək qəbuledilməzdir.
Zayuşkina sürücüyə xatırladıb ki, ödənişli platformalarda bu cür mahnıların dinlənilməsi nəticəsində ifaçılara pul köçürülür və həmin vəsaitlər dolayısı ilə Rusiyanın hərbi büdcəsinə gedir:
“Siz hər dəfə rus mahnısı dinləyəndə, rusiyalılara pul ödəyirsiniz. Onlar isə bu pulla vergi verib mərmilər istehsal edirlər. O mərmilər isə mənim və sizin başınıza düşür. Belələri çox olanda bu artıq ciddi məbləğ edir. Bir ilə o pulla sizin ailənizin başına düşəcək dron almaq mümkündür, amma siz bunun fərqində olmursunuz”.
Qeyd edək ki, bu ilin yazında “Apple Music”in Ukrayna reytinqində rus qrupunun “Ay Yola” adlı mahnısı birinci yeri tutub. Daha sonra məlum olub ki, qrupun solisti Rinat Ramazanov Rusiyanın Ukraynaya qarşı apardığı müharibəni dəstəkləyir və işğalçılara yardım üçün vəsait toplayır.(musavat)

Sumqayıtda zavodda qanlı hadisə
Hamilə qadının bıçaqlanmasının detalları məlum oldu - YENİLƏNİB
Ukraynanın eks-baş nazirinin mətbuat katibinin maşını partladıldı - Moskvada - FOTO
Kuryer motosikletlə məktəblini vurdu - ANBAAN VİDEO - YENİLƏNİB
Gömrükdə meyvə şirəsi və enerji içkisinin içindən görün nələr çıxdı - VİDEO
Yolu keçmək istəyən uşaq yük maşınını görüb geri qayıtdı, anası isə... - VİDEO
"TikTok"da avtomobil almaq istəyən vətəndaşlara 300 min manatlıq dələduzluq - VİDEO
Bakıda qadın sürücü həmcinsini vurub ÖLDÜRDÜ
Ağsuda ağır qəza: Müəllim faciəli şəkildə ÖLDÜ
"Ucuz qiymətə “iPhone” satıram" deyib 70 nəfəri aldatdı; polisə düşdü - VİDEO
Paytaxtda yolun ortasındakı açıq lyuk avtomobili sındırdı - FOTO - VİDEO - YENİLƏNİB












