Məşhur musiqiçi, hamilə həyat yoldaşı və qızı öldürüldü

Meksikada “Camilo Septimo” rok qrupunun üzvü Conatan Melendes, hamilə həyat yoldaşı, 3 yaşlı qızı və ailənin dayəsi evlərində qətlə yetirilib. Ailənin iti də öldürülüb.
Avtosfer.az xəbər verir ki, Meksika Dövlət Baş Prokurorluğunun məlumatına görə, 38 yaşlı Melendes və ailə üzvlərinin meyitləri Mexiko şəhəri yaxınlığındakı lüks məhəllələrdən birində yerləşən mənzildə aşkarlanıb.
Melendezin 35 yaşlı həyat yoldaşı Ana Paulanın dörd aylıq hamilə olduğu bildirilib. Digər qurbanın isə ailə tərəfindən dayə kimi işə götürülən 21 yaşlı Aleida Romero Viktorio olduğu müəyyənləşdirilib.
Rəsmilərin sözlərinə görə, qurbanlardan üçünün, o cümlədən, 3 yaşlı uşağın baş nahiyəsində, digərinin isə kürəyində güllə yarası aşkarlanıb. İki nəfərin əlləri bağlı vəziyyətdə tapıldığı, ailənin itinin isə ayaqları bağlanmış halda ölü vəziyyətdə olduğu bildirilib.
Polis mənzildə 6 yaşlı oğlan uşağını da sağ və xəsarətsiz vəziyyətdə aşkarlayıb.
Qətllərin çərşənbə axşamı yerli vaxtla saat 17:30-19:40 arasında törədildiyi ehtimal edilir.
Qətllərlə bağlı aparılan istintaq çərçivəsində iki nəfər saxlanılıb.
Prokurorluq Melendezin biznes ortağı olduğu bildirilən Diyeqo Sebastian “N”nin qətllərin ehtimal olunan əsas şübhəlisi olduğunu açıqlayıb. Herardo “N” adlı digər şəxsin də hadisə ilə bağlı araşdırıldığı bildirilib.
Meksika Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi naziri Omar Qarsiya Harfuxun sözlərinə görə, şübhəlilərdən biri qurbanlardan biri ilə münasibətindən və onun etibarından istifadə edərək mənzilə daxil olub.
Prokurorlar qətlin təfərrüatları və saxlanılan şəxslərin hüquqi statusu ilə bağlı əlavə məlumatların istintaqın müvafiq mərhələsində açıqlanacağını bildiriblər.
Qətllərin motivi hələlik açıqlanmayıb./qafqazinfo
Şəkidə itlər kütləvi öldürüldü, ittiham olunan icranın nömrəsi də işləmir - VİDEO
Bakıda xanım vətəndaş sürücüləri çuxurdan görün necə qorudu - VİDEO
Zabratda bu küçə palçıq içindədir – Sakinlər əziyyət çəkir - VİDEO
Avtobusu gecikdirən şəxs sərnişinlə kobud danışdı: "Sən kimsən?" - VİDEO
Bakıda nənə və nəvəsini maşın vurdu - YENİLƏNİB
Zirzəmidə gizlədilən qızılları divarı dağıdaraq taladı - 4 il həbs cəzası verildi
Sərnişin üstündə dava hərəkətə maneə oldu - VİDEO
Ceyranbatanda yük maşını yolu keçən piyadanı vurdu - VİDEO
Xalçayuma xidməti adı ilə vətəndaşları aldadırmış - Bir anbar xalça aşkarlandı - VİDEO
Səkiylə yolu səhv salan gənc oğlan təhlükə yaratdı - VİDEO
Məhəmmədidə küləyin aşırdığı ağac avtomobili əzdi - VİDEO












